12px13px15px17px
Tarix:05/02/15

“Apple iOS” 2012-ci ildən ABŞ-da ilk dəfə “Android” sistemini üstələyib

2014-cü ilin dördüncü rübündə ABŞ-da “Apple” şirkətinin “iOS” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların sayı 2012-ci ilin analoji dövründən ilk dəfə olaraq “Android” əməliyyat sistemli qurğuların sayını ötüb. Bu barədə “Kantar” analitik şirkətinin məlumatında deyilir.
 
Analitik Karolina Milanezinin sözlərinə görə, üstələmə 0,1 faiz olsa da, bu, iki ildə ilk dəfə “iPhone 6” və “iPhone 6 Plus” smartfon modellərinin görünməmiş uğuru səbəbindən baş verib.
 
“Müxtəlif qiymət kateqoriyalı qurğular çeşidi “Apple” şirkətinin “Andorid”in bahalı seqmentində zəif mövqeyi üzərində üstünlüyünü təmin edib”, - o qeyd edib.
 
Yeni il ərəfəsində “iPhone 6” ABŞ-da ən çox satılan, eləcə də hədiyyə üçün ən populyar smartfon olub. “Samsung Galaxy S5” satış həcminə görə ikinci yeri tutub.
 
Avropada “Android”in rüb ərzində payı 3,8 faiz bənd azalmaqla 66,1 faizə enib. Öz növbəsində “iOS” Avropa bazarında payını 6,2 faiz bənd, o cümlədən Böyük Britaniyada 13,1 faiz bənd artırıb. “Android”in payının yüksəldiyi yeganə Avropa ölkəsi İtaliya olub. İstehsalçılar arasında “Xiaomi” şirkətinin lider olduğu Çində ABŞ istehsalçısı  "iOS”-un payını ötən ilin 19 faizi ilə müqayisədə 21,5 faizədək artırıb.
 
Maraqlıdır ki, istehlakçıların ABŞ və Avropada “Apple” brendinə loyallıq münasibəti 87 faiz səviyyəsində qalıb. “Samsung”un bu göstəricisi 62 faiz təşkil edib, - "Lenta www.lenta.ru” yazır.



Baxış sayı: 2918

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024