12px13px15px17px
Tarix:05/02/15

Nanostrukturlu materiallarla bağlı seminar keçirilib

AMEA Fizika İnstitutunda “İntermetal və metal amorf nanoərintilərin struktur-xassə əlaqələrinin modelləşdirilməsi, nəzəri metodlarla hesablanması, mexaniki nanoərintiləmə metodu ilə sintezi və xarakterizə olunması” mövzusunda seminar keçirilib.
 
Məruzəni İslam Dünyası Elmlər Akademiyasının həqiqi üzvü, Türkiyə Orta Doğu Texniki Universitetinin Metallurgiya və Materiallar Mühəndisliyi Departamentinin professoru, Yüksək Texnologiyalı Materialların dizaynı və inkişaf etdirilməsi laboratoriyasının müdiri, fizika üzrə elmlər doktoru Həmdulla Mehrabov təqdim edib.
 
AMEA-dan bildirilib ki,  H.Mehrabov rəhbərlik etdiyi laboratoriyada görülən işlər, həyata keçirilən layihələr, o cümlədən “Metallararası birləşmələr və ya intermetalliklər”; “Metal əsaslı iri və həcmli amorf və nanostrukturlu materiallar”; “Hidrogen udan və maqnetik soyutma materialları”; “Nanoərintilər - yeni qrup üstün xassəli materiallar” kimi layihələrdən söz açıb. Eyni zamanda Türkiyədə elmi proyektlərə qrantların verilmə qaydaları, elmi layihələrin yerinə yetirilməsi prinsipləri ilə bağlı məlumat verilib, nanomaterialların sintez edilməsi metodları, tətbiq sahələri, hazırkı imkanlar, problemlər barədə danışılıb.
 
 
Qeyd edək ki, H.Mehrabov 1998-ci ildə türk həmkarları ilə bərabər, Metallurgiya və Materiallar Mühəndisliyi Departamentində Yüksək Texnologiyalı Materialların Dizaynı və İnkişaf Etdirilməsi Laboratoriyasını qurub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024