12px13px15px17px
Tarix:05/02/15

Çində elektron ticarət bazarının həcminin 1 trilyon dollara çatacağı proqnozlaşdırılır

Çində elektron ticarət bazarının həcminin  2019-cu ilədək mobil qurğular sayəsində 1 trilyon dollaradək artacağı proqnozlaşdırılır.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, “Forrester”in yeni raportuna əsasən bu artıma səbəb elektron ticarət şirkətlərinin kiçik şəhərlərdə yeni müştərilər cəlb etməyə kömək edən, mobil əlavələr və təkmilləşdirilmiş logistik şəbəkələr olacaq.
 
Bu, gəlirləri azalmış “Alibaba” kimi şirkətlər üçün çox yaxşı xəbərdir və şirkət gəlirlərinin artımını təmin etmək məqsədi ilə sərmayə qoyuluşu sahəsi kimi maraq doğurub.
 
Çin 2013-cü ildə satış həcmləri 307 milyard dollaradək artdıqda ən böyük onlayn bazara çevrilib. “Forrester” ötən ilin nəticələrinə əsasən, bu bazarı 440 milyard dollar həcmində dəyərləndirib və bu göstəricinin 19,9 faizədək artaraq 1 trilyon dollara çatacağını proqnozlaşdırıb.
 
Aynur Vəliyeva



Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024