12px13px15px17px
Tarix:06/02/15

I sinfə qəbul prosesi elektron sistem vasitəsilə aparılacaq

Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) valideynlərin rahatlığı, qəbul sisteminin təkmilləşdirilməsi məqsədi ilə paytaxtda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin I sinfinə qəbul prosesinin elektron sistem vasitəsilə aparılması nəzərdə tutub.
 
Bu məqsədlə hazırda sistem üzərində son tamamlama işləri aparılır.
Sistemin təkmilləşməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlayıb.
 
İdarədən bildirilib ki, bu istiqamətdə Bakı şəhərində yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirilib, direktorlar elektron sistemlə aparılacaq qəbul haqqında məlumatlandırılıblar. Görüş qarşılıqlı müzakirə şəklində keçib, direktorlar tərəfindən məsələ ilə bağlı müxtəlif fikir və təkliflər səsləndirilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024