12px13px15px17px
Tarix:08/06/11

Fransa Azərbaycanda kosmik sənayenin inkişafını müsbət qiymətləndirib

BMT-nin Baş katibi Pan Gi Munun himayəsi altında yaradılmış Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyanın(RİGK) 3-cü iclasında iştirak etmək üçün Fransada səfərdə olan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov səfər çərçivəsində “Ariane Space” şirkətinin prezidenti, cənab Jan-İv Le Qalla, eləcə də, Fransanın energetika və rəqəmli iqtisadiyyat naziri Erik Bessonla görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Sonra hər iki nazirin rəhbərliyilə Azərbaycan və Fransa İKT şirkətlərinin iştirakı ilə “dəyirmi masa” təşkil olunub.
“Dəyirmi masa”da çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə İKT sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, Azərbaycanın kosmik sənayenin inkişafı, rəqəmli televiziya və internet iqtisadiyyatının qurulması istiqamətində Fransa ilə birgə əməkdaşlığa maraqlı olduğunu qeyd edib.
Öz növbəsində Fransa tərəfi Azərbaycanda kosmik sənayenin inkişafı istiqamətində atılan addımları müsbət qiymətləndirib və kosmik sənayenin sülh məqsədi ilə istifadəsində ölkəmizlə əməkdaşlığa hazır olduqlarını bildirib. Daha sonra hər iki ölkənin İT və telekommunikasiya şirkətlərinin nümayəndələri müzakirələri işçi şəraitində davam etdirib.
Sonda Bakıda Azərbaycanın aparıcı İKT şirkətləri ilə Fransanın sahə üzrə fəaliyyət göstərən şirkətləri arasında Fransa-Azərbaycan İKT Forumunun təşkil edilməsi qərara alınıb.
Görüşlərdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.



Baxış sayı: 1115

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024