12px13px15px17px
Tarix:09/02/15

“Alibaba” şirkəti “Meizu” smartfonlarının istehsalına 600 milyon dollar sərmayə yatırır

Çinin “Alibaba Group Holding Ltd” mobil qurğular bazarında elektron ticarət nəhəngi kimi imkanlarını genişləndirmək məqsədi ilə yerli  “Meizu Technology Co” şirkətinin 590 milyon dollar dəyərində minoritar səhm paketini almaq qərarını alıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu işbirliyi “Alibaba” şirkətinə “Meizu” qurğuları vasitəsi ilə özünəməxsus əməliyyat sistemlərini yaymağa imkan verəcək, “Meizu” şirkəti isə öz növbəsində “Alibaba”nın hərrac kanallarına və digər resurslarına çıxış əldə edəcək.
 
“Alibaba” öncə proqram təminatlarına və servislərə diqqətini yönəltmişdi. Hazırda şirkət  artıq “Fire Phone” smartfonlarını istehsal edən rəqibi “Amazon.com Inc” şirkətinə bənzəyir. “Meizu” şirkətinə yatırılan sərmayələr “Alibaba”nın bu yaxınlarda set-top boks kimi aparat vasitələr üzərindən internet-televiziyanın inkişafını təmin etməyə imkan verəcək.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 567

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024