12px13px15px17px
Tarix:09/02/15

Azərbaycan şirkəti “Android” istifadəçiləri üçün yeni oyun tərtib edib

Azərbaycanın “TOR” dijital agentliyi son on ilin ən populyar oyunlarından biri olan “Mortal Kombat”ın («Amansız döyüş») “Android” versiyasını yaradıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, oyunun interfeysi yetərincə sadədir. İstifadəçi ekranda adi cızmalarla rəqiblərinə zərbələr vuraraq yaxınlaşan bir dəstə düşmənlərinə qalib gəlir və növbəti mərhələlərə keçir. Qeyd edək ki, ümumilikdə oyunda bu gün 50 mərhələ mövcuddur.

Oyunun qrafikası yetərincə yüksək səviyyədə hazırlanıb. Səs effektləri isə bir çoxlarının xoşuna gələcək. Oyunun yaş həddi 16 yaş səviyyəsində müəyyən edilib. Normal oyun üçün “Android 4.0.3” və ya əməliyyat sisteminin daha son versiyaları tələb olunur.

Oyunda “ləngimələr” hiss olunur, buna görə də tövsiyə edilir ki, oyundan daha yüksək texniki imkanlara malik olan mobil qurğularda istifadə edilsin. Oyun daxil edilmiş alış-veriş və reklam funksiyalarına malikdir.

Bu “TOR” agentliyinin yaratdığı ilk oyun deyil. Ekspertlər ümid edirlər ki, gələcəkdə o, digər platformalar üzərində işləyən qurğu istifadəçilər üçün əlçatımlı olacaq. «Amansız döyüş» oyununu “Google Play Store”  internet ünvanından yükləmək olar.
 
Aynur Vəliyeva



Baxış sayı: 1048

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024