12px13px15px17px
Tarix:10/02/15

Dünyada hotellərin dörddə üç hissəsi "Wi-Fi” şəbəkələrinin təhlükəsizliyini təmin etmir

“WatchGuard” şirkəti tərəfindən aparılan araşdırmadan məlum olub ki, dünyanın 71 faiz hotel, restoran və digər oxşar müəssisəsində qonaqlar üçün yerli "Wi-Fi” şəbəkələrindən istifadə üçün ayrıca unikal parol yaradılmır, halbuki bu, şəbəkə üçün təhlükə törədə bilər.

Bundan başqa, müəssisələrin yarısından çoxunda şübhəli əlavələrin, virus və ya zərərli fəaliyyətin aşkarlanması məqsədilə mehmanxana şəbəkəsinin monitorinqi aparılmır. Müəssisələrin 62 faizində qonaqların şəbəkənin buraxılış qabiliyyətindən həddən artıq istifadəsinə nəzarət edilmir, 48 faizində şəbəkənin məhsuldarlığını qiymətləndirmək üçün siyasət kartı və ya məlumatların vizuallaşdırılması vasitələri tətbiq edilmir.
 
"WatchGuard” mütəxəssislərinin fikrincə, internetə təhlükəsiz, etibarlı və inzibatçılığı yaxşı tənzimlənən çıxış müasir mehmanxana biznesinin ayrılmaz hissəsidir. Lakin tədqiqatın nəticələri göstərir ki, şirkətlərin əksəriyyətinin həm məsləhətə, həm də şəbəkə və müştərilərin təhlükəsizliyinin təmini üçün hazır həllərə ehtiyacı var, - "Computerworld” yazır. 



Baxış sayı: 731

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024