12px13px15px17px
Tarix:10/02/15

“Goldgenie” 3,5 milyon dollar dəyərində brilyant “iPhone 6” təqdim edib

“Apple”ın başqa cihazları kimi “iPhone” qurğusu, həmçinin yalnız adi istifadəçilərin deyil, həm də mobil elektronikanın eksklüziv və bahalı versiyalarının buraxılışı üzrə ixtisaslaşmış çoxsaylı zərgərlərin diqqətini cəlb edir.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, Britaniyanın “Goldgenie” şirkəti kifayət qədər bahalı və 24 karatlıq qızıldan hazırlanmış “iPhone” variantını nümayiş etdirib. “Diamond Ecstasy” istehsal xəttinə məxsus “iPhone 6” smartfonunun eksklüziv versiyasının satış qiyməti 15 min dollardan başlanır.
 
“Goldgenie” şirkətinin çeşidində, həmçinin platin korpusdan ibarət “iPhone 6” smartfonları mövcuddur. Belə smartfonlar 20-25 min dollara satılır.
 
Brilyant, sapfir və zümrüddən işlənmiş “iPhone 6” qurğusunun xüsusi versiyasının satış qiyməti 3,5 milyon dollardır.
 
“Goldgenie” – uzaqda deyil, təmtəraqlı qurğular bazarında yenidir. Keçən il zərgərlik emalatxanası 24 karatlıq qızılın və platinin korpusuna geydirilmiş “iPad Air”-in ən yeni planşetlərinin elit versiyalarını təqdim etdi.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 760

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024