12px13px15px17px
Tarix:10/02/15

2020-ci ilədək qlobal sənaye robotları bazarının həcmi 40 milyard dollara çatacaq

2017-ci ildə Çində  dünyanın istənilən başqa ölkəsi ilə müqayisədə daha çox sənaye robotu olacaq. Bu haqda Beynəlxalq Robot Texnikası Federasiyasına (International Federation of Robotics) istinadən "Reuters" agentliyi yazıb.

"ICTnews" elektron xəbər xidməti "it-weekly.ru" saytına istinadən bildirir ki, hazırda Çində robot bazarının həcmi ildə 9,5 milyard dollara çatır və əgər müvafiq proqram təminatı, periferiya və mühəndis xidmətlərini də bu seqmentə daxil etsək, o zaman bu məbləğ 29 milyard dollar təşkil edir.

Bu halda Çin hələ ki bu sahədə birinci pillədə deyil: indi ölkədə hər bir 10 min işçiyə yalnız 30 robot (Cənubi Koreyada 437, Yaponiyada 323, Almaniyada 282 və ABŞ-da 152) düşür. Qeyd edək ki, "Global and China Industrial Robot Report" sənədində yazılıb ki, dünyada hər bir 10 min işçiyə orta hesabla 62 robot düşür ki, bu da Çinin göstəricisindən təxminən 2 dəfə yüksəkdir. Rusiyaya gəlincə, vəziyyət ürəkaçan deyil: 10 min işçiyə cəmi 2 robot düşür.

"Reuters" agentliyinin materialında qeyd edilir ki, Yaponiyanın sənaye robot istehsalçıları hələ ki 60 faiz göstərici ilə robot bazarında liderdir. Eyni zamanda Çin istehsalçıları öz bazar payını artırırlar, indi bu göstərici təxminən 25 faiz təşkil edir. "Global and China Industrial Robot Report" sənədinə əsasən, hazırda Çində satışların 74 faizi xarici istehsalçıların payına düşür. Çin hakimiyyəti isə yerli şirkətləri məhz Çin istehsalı olan sənaye robotlarını satın almağa məcbur edir.

Eyni zamanda "Grand View Research"in proqnozuna görə, 2020-ci ilədək qlobal sənaye robotları bazarının həcmi 40 milyard dollara çatacaq.

Emil Hüseynov



Baxış sayı: 357

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Sentyabr 2019

16/09/19
Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək

Cənubi Koreyanın Milli Parklar Xidməti 2020-ci ildən etibarən dağlıq yerlərə ilk tibbi yardım 

15 09 2019