12px13px15px17px
Tarix:11/02/15

“Facebook” və internet: üçüncü dünya ölkələrinin sakinləri üçün müxtəlif anlayışlar

“Quartz” nəşri maraqlı statistika dərc edib. Məlum olub ki, üçüncü dünya ölkələrində yaşayan insanların çoxu düşünür ki, “Facebook” elə internet deməkdir.

2012-ci ildə “LIRNEasia” agentliyi tədqiqat keçirib. Sorğu nəticəsində məlum olub ki, İndoneziya, Filippin, Tailand və Myanmada “Facebook” istifadəçiləri internet istifadəçilərindən çoxdur. Belə ki, İndoneziyada rəyi soruşulmuşların təxminən 15 faizi bildirib ki, internetdən istifadə edirlər, bu halda respondentlərin təxminən 30 faizi özlərini sosial şəbəkə istifadəçisi hesab edib. Başqa şirkətlər tərəfindən də belə tədqiqatlar keçirilib. Bu şirkətlərin hamısı internet və “Facebook” istifadəçiləri arasında qeyri-uyğunluq aşkar ediblər.

Belə təəssürat yaranır ki, onlar üçün internet deyil, yalnız “Facebook” mövcuddur – “LIRNEasia” agentliyindən Roxan Samarayiva vəziyyəti belə şərh edib.

 
“Quartz” nəşri “Geopoll” şirkəti ilə birgə “SurveyMonkey” vasitəsilə İndoneziya və Nigeriya sakinləri arasında sorğu keçirməyə qərar verib. Məlum olub ki, İndoneziya və Nigeriyadan müvafiq olaraq 11 və 9 faiz istifadəçi hesab edir ki, onlar “Facebook” sosial şəbəkəsini internetsiz istifadə edirlər. İndoneziya və Nigeriyada müvafiq olaraq 56 və 69 faiz insan bildirib ki, onlar heç vaxt “Facebook”da kənar istinada keçid etməyiblər. Onların arasında həm internet, həm də “Facebook”dan istifadə etdiyini bilən istifadəçilərin göstəricisi müvafiq olaraq 25 və 21 faiz təşkil edir. Bu halda İndoneziya və Nigeriyada istifadəçilərin 61-65 faizi onunla razılaşır ki, “Facebook” elə internet deməkdir.

Cari il Ümumdünya İqtisadi Forumunda “Facebook”un icraçı direktoru Şeril Sendberq təsdiqləyib ki, bir çox ölkələrdə insanlar həqiqətən internet və sosial şəbəkəni səhv salır.

Emil Hüseynov
 
 
 



Baxış sayı: 770

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024