12px13px15px17px
Tarix:11/02/15

Üç e-xidmətdən istifadə sayı bir ayda ölkə üzrə e-xidmətlərdən ümumi istifadə sayının 38,5 faizini təşkil edib

 "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" elektron xidməti son bir ayda "Elektron hökumət" portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında ilk yeri tutmaqda davam edib. Belə ki, xidmətdən istifadə sayı 130321 olub.

Yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən istifadə sayı 65285 ədəd, "İş yerinə dair arayış" e-xidmətindən istifadə sayı isə 9979 ədəd olub. Nazirlikdən qeyd edilib ki, bu dövrdə ƏƏSMN-in yalnız bu üç e-xidməti üzrə istifadə sayı 205585 ədəd olmaqla, ölkə üzrə "Elektron hökumət" portalı üzərindən 43 qurum tərəfindən göstərilən 292 elektron xidmətə dair ümumi istifadə sayının (532785 ədəd) 38,5 faizini təşkil edib.
 
 
Xatırladaq ki, "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti ƏƏSMN tərəfindən ötən il əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ilə bağlı olaraq, əmək münasibətlərinin elektron müstəvidə qeydiyyata alınmaqla şəffaflaşdırılmasına xidmət edir. Bu sistemin tətbiqi eyni zamanda "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" və "İş yerinə dair arayış" e-xidmətlərinin də əhalinin istifadəsinə verilməsinə imkan yaradıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 725

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Aprel 2024

16 04 2024