12px13px15px17px
Tarix:11/02/15

Gələcəkdə V-XI siniflər üzrə şagirdlərin tam məlumat bazası formalaşdırılacaq

Ölkənin ümumtəhsil müəssisələrində ümumi orta (9 illik) və tam orta (11 illik) təhsili bitirən məzunların buraxılış imtahanlarının keçirilməsi və dövlət nümunəli təhsil sənədinin alınması üçün yekun qiymətləndirmə (attestasiya) aparılmasının uğurla reallaşmasında informasiya texnologiyalarının əhəmiyyəti və rolu çox böyükdür.
 
Bu baxımdan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumtəhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin təşkili sektoru yekun qiymətləndirmə prosesinin idarə edilməsində avtomatlaşdırılmış proqram sistemlərinin tətbiqinə və bu sistemlər əsasında geniş həcmli məlumat bazalarının yaradılmasına önəm verir. Komissiyadan bildirilib ki, şagirdlər haqqında məlumat bazasının yaradılması məqsədi ilə şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələrinin əlaqələndiricilərinə “Şagird-məzun” elektron məlumat sistemi təqdim edilib.
 
“Şagird-məzun” sistemi şagirdlərin biliyinin yekun qiymətləndirilməsi və elektron attestatın yaradılması prosesində əhəmiyyətli rol oynayır. Sistem bir sıra məlumatların daxil edilməsinə imkan verir ki, buraya da şəhər (rayon) təhsil şöbələri və onların rəhbərləri haqqında məlumatlar; ümumtəhsil müəssisələri və onların rəhbərləri haqqında məlumatlar; ümumtəhsil müəssisələrinin şagirdləri haqqında fərdi məlumatlar; dövlət nümunəli təhsil sənədi almaq üçün müraciət etmiş əvvəlki illərin buraxılış imtahanlarında və ya buraxılış ilinin illik qiymətlərində hər hansı fəndən “2” alan şəxslər haqqında fərdi məlumatlar; ekstern yolu ilə dövlət nümunəli təhsil sənədi almaq üçün müraciət etmiş şəxslər haqqında fərdi məlumatlar və s. daxildir. 2014/2015-ci tədris ilində istifadəçilərə “Şagird-məzun” sisteminin yeni, təkmilləşdirilmiş versiyası təqdim edilib. Yeni versiyada axtarış parametlərinin və hesabat növlərinin sayı artırılıb, məlumatların daxil edilməsi zamanı səhvlərin qarşısını alan nəzarət mexanizmi daha da gücləndirilib. Yeni versiyanın əsas cəhətlərindən biri də bundan ibarətdir ki, onun köməyi ilə yalnız IX – XI sinif şagirdləri haqqında deyil, eyni zamanda V – VIII siniflərdə oxuyan şagirdlər haqqında da məlumatları sistemə daxil etmək mümkündür. Yeni versiyanın tətbiq edilməsindən sonra 2014/2015-ci tədris ilində VIII sinif şagirdləri haqqında məlumatların da sistemə daxil edilməsinə başlanılıb.
 
 
Bu prosesin ilbəil inkişaf etdirilməsi və gələcəkdə V–XI siniflər üzrə şagirdlərin tam məlumat bazasının formalaşdırılması nəzərdə tutulub. Bu isə “Şagird-məzun” və “Tələbə-məzun” elektron məlumat sistemlərinin məlumat bazalarının inteqrasiya edilməsi nəticəsində vətəndaşların ümumi və ali təhsilə aid  məlumatlarını əks etdirən vahid interfeysin yaradılmasını təmin edəcək.
 
Qeyd edək ki, sistem vasitəsi ilə peşə liseyləri məzunları və ekstern qaydada imtahan vermiş şəxslər də daxil olmaqla 2012/2013-cü tədris ilində IX və XI siniflər üzrə 229388 nəfər, 2013/2014-cü tədris ilində isə IX, X və XI siniflər üzrə

336366 nəfər haqqında məlumat daxil edilib. Buraxılış imtahanlarının nəticələri məlum olduqdan sonra imtahan qiymətləri və hər bir şagirdin dövlət

nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri TQDK tərəfindən hesablanaraq “Şagird-məzun” sisteminə daxil edilir. Beləliklə, şagirdlərin attestat (şəhadətnamə) qiymətləri TQDK-nın elektron imzası ilə təsdiqlənmiş fayl şəklində təhsil müəssisələrinə təqdim edilir. “Şagird-məzun” sisteminin yeni versiyasından

istifadə qaydaları ilə şəhər (rayon) təhsil şöbəsinin və təhsil müəssisələrinin əlaqələndiricilərini tanış etmək məqsədilə TQDK tərəfindən treninqlər keçirilir, bu və ya digər məsələ üzrə istifadəçilərin sualları cavablandırılır.



Həqiqət İSABALAYEVA



Baxış sayı: 401

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Oktyabr 2019

21 10 2019

21/10/19
“Windows Defender” əvvəlki kimi dünyanın ən yaxşı antiviruslarından biridir

“AV-Comparatives” müstəqil laboratoriyasının məlumatına görə, “Windows Defender” əvvəlki kimi dünyanın ən

21/10/19
2-ci “Bakı Elektron Ticarət Forumu” işə başladı

Bu gün “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində ikigünlük 2-ci

21/10/19
Regionlarda telekommunikasiya şəbəkəsi yenidən qurulur

Son zamanlar “Aztelekom” MMC və ümumilikdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 

21/10/19
“Oracle” şirkətinin baş direktoru vəfat edib

ABŞ-ın “Oracle” şirkətinin baş direktoru Mark Herd oktyabrın 18-də dünyasını dəyişib. Bu barədə “The Wall

21/10/19
Peşəkar 3D printerlər bazarının həcmi ikirəqəmli templə artır

“Context” analitik şirkəti qlobal 3D printerlər bazarı ilə əlaqədar keçirilmiş araşdırmanın nəticələrini

21/10/19
“Wing” şirkətinin dronları bağlamaları evlərə çatdırmağa başlayıb

“Alphabet” holdinqinin tərkibinə daxil olan “Wing” şirkəti pilotsuz təyyarələrin köməyi ilə bağlamaları

21/10/19
İKT-dən cinayətkar məqsədlər üçün istifadə ilə mübarizə haqqında konvensiyanın hazırlanması təklif olunur

BMT Baş Assambleyasının 74-cü sessiyasının üçüncü komitəsinin iclasında Rusiya və Belarusun bir sıra digə

21/10/19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə kibertəhlükəsizliyə dair təlim keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi, “İKT LAB

21/10/19
Britaniyada yeni superkompüter tikiləcək

Böyük Britaniyanın Edinburq Universitetində ikinci nəsil “AMD EPYC” prosessorları əsasında “ARCHER2” adlı

21/10/19
Məlumatları saniyədə 1 petabit sürətlə ötürən ilk şəbəkə qovşağı yaradılıb

Yapon mühəndisləri petabitlik şəbəkələr üçün ilk optik kommutator prototipini nümayiş etdiriblər. Belə a