12px13px15px17px
Tarix:11/02/15

“Kyocera” Avropanın smartfon bazarına çıxıb

Yaxın vaxtlara kimi "Kyocera" smartfonları rəsmən Yaponiya, ABŞ-da və bəzi başqa ölkələrdə təqdim edilmişdi. İndi yapon istehsalçısının mobil məhsulu Avropaya çatıb.

"Kyocera" şirkəti Avropa bazarında "Torque" təhlükəsiz telefon modeli ilə öz fəaliyyətinə başlayıb.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, yeni aparat 1280x720 piksel təsvir ölçülü 4,5 düymlük sensor ekran, 1.4 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon MSM8928" prosessoru ilə təchiz olunub. Xüsusi texnologiya ekrana yaş barmaqların və əlcəklə toxunuşlarına reaksiya verməyə imkan verir. Aparata "Android" mobil əməliyyat sisteminin "4.4 KitKat" versiyası quraşdırılıb.

Cihaz, həmçinin 2 QB əməli və 16 QB daxili yaddaş ("microSD" yaddaş kartları üçün slot quraşdırılıb), "Wi-Fi a/b/g/n/ac", "Bluetooth 4.0" və "NFC" simsiz rabitə modulları, 2 kamera (müvafiq olaraq 8 və 2 meqapiksel) və 3100 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib.
Aparatın çəkisi 182 qramdır, korpusunun qalınlığı 13,5 mm təşkil edir.

"Kyocera" şirkəti "Torque" aparatını cari il martın əvvəlində keçiriləcək "MWC 2015" sərgisində nümayiş etdirmək niyyətindədir. Ehtimal ki, bu tədbirdə smartfonun dəyəri və satışa çıxarılma tarixi açıqlanacaq.

Emil Hüseynov
 
 



Baxış sayı: 317

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Fevral 2020

21/02/20
“Microsoft” korporasiyası “iOS” və “Android” üçün öz antivirus həllini təqdim edəcək

“Microsoft” korporasiyasının portfoliosuna yalnız “Windows” əməliyyat sistemi və “Office” paketi

21/02/20
“Microsoft” Meksikada layihələrə 1,1 milyard dollar investisiya qoyacaq

Meksika Prezidenti Andres Manuel Lopes Obrador “Microsoft” şirkətinin beş il ərzində ölkədə informasiya t

21/02/20
“Apple” qurğularında standart proqramları dəyişmək mümkün olacaq

“Apple” şirkəti istifadəçilərə “iPhone” və “iPad” qurğularında standart mobil proqramları dəyişməyə i

20 02 2020

20/02/20
Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlərə qeydiyyat başlayıb

Cari ilin 02-06 mart tarixlərində ölkəmizdə təşkil olunacaq II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çə

20/02/20
“Sony” ucuz smartfonunu təqdim edib

“Sony” şirkəti ucuz “Xperia L4” smartfonunu təqdim edib.

20/02/20
"Copypaste" konsepsiyasının ixtiraçısı dünyasını dəyişib

İnterfeys və proqramlarda "kəsmək", "kopyalamaq" və "yerləşdirmək" (cut, copy, paste) kimi funksiyaların

20/02/20
“Qualcomm” smartfonlar üçün dünyada ilk 5 nanometrlik “5G” modemi təqdim edib

“Qualcomm” şirkəti üçüncü nəsil “5G” modemini (“Snapdragon X60”) təqdim edib. Bu, həm

20/02/20
Çində smartfonlara tələbat kəskin azalıb

Çində koronavirusa görə smartfonların satışı kəskin azalıb. Xəstəliyin yayılması əksər satış nöqtələrinin

20/02/20
Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb

Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb. Bu barədə Çinin Aerokosmik Elm və Texnika korporasiyas

20/02/20
Cənubi Koreyada ilk “Google” “bulud” regionu istifadəyə verilib

“Google” şirkəti Seulda “bulud” regionunu istifadəyə verib. Bu, şirkətin Cənubi Koreya bazarı üçün ilk,

20/02/20
Avropa Komissiyası yeni rəqəmli strategiya təklif edib

Avropa Komissiyası rəqəmli məlumatların istifadəsi və idarə olunma prinsiplərini özündə birləşdirəcək rəq

20/02/20
“Crew Dragon” raketi kosmik turistlərin orbital uçuşları üçün istifadə ediləcək (VİDEO)

Kosmik turistlərin uçuşunun təşkili ilə məşğul olan ABŞ-ın “Space Adventures” şirkəti “SpaceX” korporasiy

20/02/20
Mobil qurğular beyində dəyişikliklər yaradır

Alimlər smartfon asılılığı olan insanların beyninin forma və ölçüsündə dəyişikliklər aşkarlayıblar. Belə