12px13px15px17px
Tarix:12/02/15

Virtual reallıq üçün əməliyyat sistemi yaradılıb

ABŞ-ın “Aesthetic Interactive” şirkəti "Oculus Rift” virtual reallıq eynəyini "Leap Motion” hərəkət kontrolleri ilə təchiz edərək əvvəllər yalnız fantastik filmlərdə nümayiş olunan qrafik interfeys yaradıb.  
 
“Hovercast” adlanan yeni əməliyyat sistemi insan bədənini onun öz əlləri ilə qarşılıqlı əlaqə yarada biləcək virtual məkana yerləşdirir. Belə ki, məsələn, barmaqlar menyu hissələrindən birinə çevrilir, eləcə də qarşılıqlı əlaqə üçün istifadə olunur.
 
Yeni sistem daha çox fantastik filmlərdə nümayiş edilən konseptləri xatırladır. Bununla yanaşı, mütəxəssislərin fikrincə, onların məhsulu sadəcə konsept yox, tam iş platforması prototipidir - əksər kənar tərtibatçıların yazmaq istəyəcək proqramlardır.  
 
“Leap Motion” istifadəçinin qarşısında stola quraşdırılan və onun hərəkətlərini dəqiqliklə izləyən xüsusi sensordur.
 
Xatırladaq ki, bir müddət əvvəl “Microsoft” korporasiyasının nümayəndələri bu texnologiyanın “Windows” əməliyyat sisteminə inteqrasiya olunacağını bildiriblər, - “Vesti” yazır.



Baxış sayı: 655

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024