12px13px15px17px
Tarix:12/02/15

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 4 elektron xidmətindən daha çox istifadə olunub

Yanvar ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlər arasında ən çox 4 e-xidmətdən istifadə edilib.

Bu e-xidmətlərə “Telefon nömrəsi üzrə axtarış”, “Mobil cihazların qeydiyyatdan keçirilməsi”, “Mobil cihazların IMEI kodunun yoxlanılması” və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətləri daxildir.

“Telefon nömrəsi üzrə axtarış” xidməti 76 627 istifadə sayına görə ilk pillədə qərar tutub.

İstifadəçilər “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidmətindən 59455, “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən  39327 və “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətindən isə 21160 dəfə faydalanıb.

CAHANGİR
 
 



Baxış sayı: 707

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024