12px13px15px17px
Tarix:12/02/15

İnsanın irqi və etnik mənsubiyyətinin müəyyənləşdirilməsində etalon təsvirin formalaşması üçün alqoritmlər işlənəcək

Cari ildə insanın irqi və etnik mənsubiyyətinin  müəyyən olunmasında etalon təsvirin formalaşması üçün alqoritmlər işlənəcək. Onların əsasında isə biometrik identifikasiya sisteminin (İEBİS) yaradılması, eyni zamanda biometrik şəbəkələrin yaradılması prinsiplərinin tədqiq olunması nəzərdə tutulur. Sözügedən tədqiqatları AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) 9 saylı şöbəsi həyata keçirəcək.  
 
İTİ-dən bildirilib ki, cari il üçün şöbənin planını fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov təqdim edib. Dosent rəhbərlik etdiyi şöbədə informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi üzrə müxtəlif aktual mövzularda aparılacaq elmi tədqiqat işlərindən söz açıb, insanın əl damar izləri əsasında identifikasiya olunması məsələsi üzrə aparılan araşdırmalar haqqında məlumat verib. Proqram mühəndisliyi mövzusu üzrə proqram təminatının etibarlılığının yüksəldilməsi problemlərinin təhlili məsələsinə də toxunan məruzəçi bu məqsədlə modellərin işləniləcəyini bildirib.
 
 
Alim şöbənin elmi-innovasiya fəaliyyətindən bəhs edərək “Təsvirlər əsasında insanın irqi və etnik mənsubiyyətinin kompüter vasitəsilə müəyyən olunması üçün metod və alqoritmlərin işlənməsi və “İrqi-Etnik” biometrik identifikasiya sisteminin yaradılması” mövzusu üzrə Prezident yanında Elmin İnkişafı Fonduna təqdim olunmuş qrant layihəsi  barədə məlumat verib. Şöbə əməkdaşlarının elmi əsərlərinin “Vikipediya”ya daxil edilməsi də nəzərdə tutulur.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 627

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024