12px13px15px17px
Tarix:12/02/15

Titan və timsah dərisindən “Vertu” (FOTO)

“Vertu” şirkəti Müqəddəs Valentin günü ərəfəsində yeni “Vertu Clous De Paris” smartfonunu hazırlayıb. Smartfon “Bang & Olufsen” şirkətinin texnologiyası sayəsində keyfiyyətli səslənməni təmin edir.





"ICTnews" elektron xəbər xidməti “ferra.ru” saytına istinadən bildirir ki, qurğu “Vertu Signature Touch” modeli əsasında hazırlanıb və standart modeldəki kimi xarakteristikalara malikdir. Aparat “Qualcomm Snapdragon 801” prosessoru, 64 QB daxili yaddaş, 1080p təsvir ölçülü 4,7 düymlük sensor ekran, sapfir şüşə, 13 meqapiksellik kamera və 2275 milliamper/saat tutumunda akkumulyator  batareyası ilə təchiz edilib.

Qurğu dördüncü nəsil “LTE” mobil şəbəkəsində işləyir. “Vertu Clous De Paris” smartfonunun dəyəri 11800 funt-sterlinq (təxminən 18 min dollar) təşkil edir.


Emil Hüseynov
 
 



Baxış sayı: 853

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Sentyabr 2019

16/09/19
Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək

Cənubi Koreyanın Milli Parklar Xidməti 2020-ci ildən etibarən dağlıq yerlərə ilk tibbi yardım 

15 09 2019