12px13px15px17px
Tarix:13/02/15

Bu gün Ümumdünya Radio Günü qeyd edilir

Fevralın 13-də Ümumdünya Radio Günü qeyd edilir. Bu tarix 1946-cı il fevralın 13-də "BMT radiosu"nun ilk dəfə efirə çıxması ilə əlaqədar seçilib.
 
Bu münasibətlə BMT baş katibi Pan Gi Munun ünvanladığı müraciətdə deyilir ki, Ümumdünya Radio Günündə biz təsəvvürü heyran edən və insanları birləşdirən kütləvi informasiya vasitəsinin yaranmasını bayram edirik.
 
"Bu il "BMT radiosu" Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə birlikdə 70 illiyini qeyd edir. Hər il "BMT radiosu" 1200-dən çox sənədli, informasiya və redaksiya materialının simsiz yayımını həyata keçirir", - BMT baş katibi bildirib.
 
Qeyd olunur ki, bu il Ümumdünya Radio Gününün bayram edilməsi radionun dünyada yaşayan 1,8 milyard gənc qadın və kişilər üçün əhəmiyyətinə həsr olunub.
 
"Radio dünya gəncləri üçün böyük əhəmiyyətə malikdir", - müraciətdə vurğulanır.
 
"Beynəlxalq cəmiyyətin dayanıqlı inkişaf sahəsində yeni məqsədlər formalaşdırdığı və iqlim dəyişiklikləri məsələləri ilə bağlı yeni qlobal sazişlər hazırladığı dövrdə biz öz fikrini qətiyyətlə və inadla ifadə edən gənc qadın və kişilərin səsinə səs verməliyik", - Pan Gi Mun bəyan edib.
 
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) məlumatına görə, dünya ölkələrində ailələrin 75 faizdən çoxu ən azı bir radioqəbulediciyə malikdir. Zaman ötdükcə daha çox insan genişzolaqlı internet vasitəsilə radiodan informasiya və kommunikasiya mənbəyi kimi istifadə edir. 
 
Təşkilat nümayəndələri qeyd edirlər ki, BTİ radio verilişlərindən istifadəni genişləndirməyə çalışır və rəqəmli radio platformaları üçün standartları inkişaf etdirir.  



Baxış sayı: 769

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024