



Bakıda “3D” çap texnologiyalarına həsr olunmuş konfrans keçirilib

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxış edən Bakı Banklar Arası Fond Birjasının rəhbəri Fərhad Əmirbəyov bildirib ki, son illər additiv texnologiyalar (AF – Additive Manufacturing) bazarında hər il 60% artım nümayiş edilir.
“3D texnologiyaları sənaye sahələrində artıq uğurla istifadə edilir. Bu texnologiyalar vasitəsi ilə “fablab”lar yaradaraq, hava limanlarında, müəssisələrdə və s. iri anbarların saxlanmasından imtina etmək olar. Çünki artıq istehsalı tələbata uyğun şəkildə yerində təşkil etmək olar və xaricdən ehtiyat hissələrinin və s. məhsulların sifarişinə və idxalına ehtiyac yoxdur. Qeyd etdiyim “fablab”lar texnoparklarda uğurla istifadə edilə bilər. “3D” texnologiyaları ixrac potensialına malik olan müəllif işlərinin yaranmasına şərait yarada bilər”, - deyə o qeyd edib.
Öz növbəsində konfransın əlaqələndiricisi “SmileExpo” şirkətinin nümayəndəsi Anna Vavilova qeyd edib ki, Bakıda daha böyük analoji konfransın təşkili nəzərdə tutulub.
“MDB ölkələri arasında təşkil olunan bu konfransda müxtəlif ölkələrdən 20-dən çox təşkilat öz “3D” printerləri və işlərindən nümunələrini təqdim etmək üçün dəvət olunub”, - deyə o bildirib.
Azərbaycandan bu tədbirdə “İnter-Technics”, “3D Project”, “Naz Group” və s. şirkətlər öz printerlərini təqdim ediblər.
Aynur Vəliyeva
Baxış sayı: 693
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Sony” şirkəti “Xperia Z Ultra” planşetofonunu təqdim edib (VİDEO)
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Androidin bazardakı payı azalıb
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib