12px13px15px17px
Tarix:13/02/15

Azərbaycan startapları Berlində keçiriləcək beynəlxalq tədbirə qatıla bilər

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları üzrə fəaliyyət göstərən bir neçə startap Almaniyada keçiriləcək beynəlxalq İKT tədbirinə qatılacaq.
 
“ICTnews” elektron xəbər xidməti bildirir ki, Almaniyanın paytaxtı Berlin şəhərində dünyanın startap layihələri bir araya gələcək. Belə ki, Amerika Birləşmiş Ştatlarının məşhur biznes inkubatoru olan “Techstars” şirkəti cari ilin iyunun 15-dən etibarən Berlində 3 aylıq startup proqramı keçirəcək.
 
Məlumat üçün bildirək ki, “Techstars”  fərqlənən startaplara böyük məbləğlərdə sərmayə yatırır.
 
Təxminən 118,000  ABŞ dolları investisiya yatırmaqla şirkətin 7-10 faizlik  payına ortaq olur. Bundan başqa seçilən iştirakçılara intensiv mentorluq verilir və startapın uğuru üçün biznes sirləri öyrədilir.
 
Bu beynəlxalq tədbirdə iştirak etmək istəyən startaplar əlavə məlumatları və ərizə formasını bu link vasitəsi ilə əldə edə bilərlər.
 
 
SEYMUR



Baxış sayı: 563

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024