12px13px15px17px
Tarix:13/02/15

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın telekommunikasiya sahəsində əməkdaşlıq təklif edir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB)  nümayəndə heyəti ilə görüş keçirilib. 

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə son illərdə respublikanın telekommunikasiya sektorunda görülən işlər, əldə olunan nailiyyətlərdən söz açılıb, həyata keçirilən əhəmiyyətli  layihələrdə AYİB-in iştirak imkanları barədə fikir mübadiləsi aparılıb. 
 
 
Ölkəmizlə tərəfdaşlıqda həyata keçirilən layihələrdən danışan AYİB-in Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Nil Makkeyn Azərbaycanın telekommunikasiya sektorundakı inkişafı xüsusi vurğulayaraq, bu sahədə RYTN və aidiyyəti müəssisələrlə əməkdaşlığın aparılmasında maraqlı olduqlarını bildirib.
 
Ölkənin telekommunikasiya sektoruna gələcək investisiya imkanlarından da söz açan N.Makkeyn hazırda  AYİB tərəfindən üç istiqamətdə, o cümlədən dövlət mülkiyyətində olan telekommunikasiya  operatorlarının özəlləşdirmə  prosesində  texniki hazırlığının artırılması, sahə üzrə normativ hüquqi bazanın və tənzimləmə mexanizminin təkmilləşdirilməsi məqsədilə məsləhət xidmətlərinin təklif edildiyini nəzərə çatdırıb.
 
Qeyd olunanlarla bağlı son illərdə respublikamızda aparılan işlərdən söz açan nazir Əli Abbasov AYİB  tərəfindən irəli sürülən təklifi yüksək qiymətləndirib və daha sonra bu istiqamətdə əməkdaşlığın qurulması yolları müzakirə olunub.
 
         



Baxış sayı: 609

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Sentyabr 2019

16 09 2019

16/09/19
“iPhone XR” 2019-cu ilin birinci yarısında ən populyar smartfon olub

Analitiklər 2019-cu ilin birinci yarısının nəticəsinə görə “iPhone XR” aparatını 

16/09/19
“16K” təsvir ölçülü “Sony” ekranı “Micro LED” modullarından ibarətdir

“Sony” şirkəti bu ilin əvvəlində “Crystal LED” texnologiyası üzrə hazırlanan “16K” təsvir 

16/09/19
Yeni boşluq 1 milyarddan çox smartfona müdaxiləyə imkan verir

Təhlükəsizlik üzrə mütəxəssislər tərəfindən SİM kartlarda aşkar edilmiş yeni boşluq 1 milyarddan çox smartfona 

16/09/19
“Libra” kriptovalyutası Avropada qadağan edilib

Fransa və Almaniya hökumətləri “Facebook”un “Libra” adlı  yeni kriptovalyutasını 

16/09/19
Nazir Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib (YENİLƏNİB)

Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində Müstəqil Dövlətlər Birliyinin rabitə 

16/09/19
Rekord parlaq monitorlar üçün yeni standart rəsmən təqdim olunub

Videoelektronika Standartlaşdırma Assosiasiyası (VESA) yeni nəsil displeylər üçün hazırlanan yeni “DisplayHDR 1400” stand

16/09/19
Almaniyada “IBM Q System One” kvant kompüteri quraşdırılacaq

“IBM” şirkəti və Fraunhofer adına Elmi Tədqiqat Cəmiyyəti (Fraunhofer Gesellschaft) arasında Almaniyada tədqiqat və eksperimentlərin aparı

16/09/19
Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək

Cənubi Koreyanın Milli Parklar Xidməti 2020-ci ildən etibarən dağlıq yerlərə ilk tibbi yardım