12px13px15px17px
Tarix:06/09/11

“Wi-Fi” dəstəkli ilk fləş-kart

“Toshiba” korporasiyası “İFA 2011” (2 – 7 sentyabr, Berlin, Almaniya) sərgisində “Wi-Fi” simsiz əlaqə dəstəyi ilə “SDHC” formatlı ilk fləş-kart təqdim edib.

“FlashAir” adını almış daşıyıcı 8 QB tutuma malikdir. İnformasiyanın ötürülmə sürəti 6 Mb/s-yə çatır; işçi temperatur diapazonu minus 25-dən müsbət 85 dərəcə selsiyə qədərdir.

Fləş-kart “İEEE 802.11b/g/n” standartlarını və “WEP”, “TKİP”, “AES” (WPA, WPA2) protokollarını dəstəkləyir. Onun ölçüləri 32×24×2,1 millimetr, çəkisi isə təxminən 2 qramdır.

“FlashAir” kartı hər şeydən əvvəl rəqəmsal fotoaparatlarda istifadə üçün nəzərdə tutulub. Kütləvi istehsal 2012-ci ilin fevral ayına nəzərdə tutulub. Daşıyıcının qiyməti haqqında məlumat verilmir.



Baxış sayı: 1756

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024