12px13px15px17px
Tarix:16/02/15

“YouTube” 10 yaşını qeyd edir

10 il bundan əvvəl “PayPal” ödəmə sisteminin 3 köhnə əməkdaşı – Çad Xarli, Stiven Çen və Caved Kərim “YouTube.com” domen adını qeydiyyatdan keçiriblər.

O zaman “Facebook” sosial şəbəkəsi hələ indiki kimi populyar deyildi. “YouTube” videohostinqinin təsisçiləri isə istifadəçilərin öz videolarını paylaşa biləcəyi bir sayt yaratmaq istəyirdilər.
 
İlk dəfə 23 aprel 2005-ci il tarixində “YouTube” videohostinqinə 18 saniyəlik çarx yüklənilib.
 
2006-2007-ci illərdə sayt internetdə populyarlığına görə üçüncü olub. 2006-cı ilin iyulunda sayta gündəlik 100 milyon baxış olub.
 
2006-cı ilin noyabrında “Google” korporasiyası “YouTube” videohostinqini 1.65 milyard dollara satın alıb.
 
2007-ci ilin mayında videohostinq tərəfdaş proqramını işə salıb: istifadəçilər öz videolarının köməkliyi ilə pul qazanmaq imkanı əldə ediblər.
 
“Gangnam Style” çarxı 1 milyard baxış toplamış ilk video olub.
Hazırda internet istifadəçiləri hər dəqiqə “YouTube” videohostinqinə 300 saatlıq video yükləyir, hər ay istifadəçilər 6 milyard saatdan çox video izləyir. “YouTube” videohostinqinin auditoriyası 1 milyarddan çoxdur.
 
“YouTube”un istifadəçilərinin 60 faizi 10 ölkənin (ABŞ, Rusiya, Braziliya, Hindistan, Fransa, İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya, Yaponiya) payına düşür.
 
Emil Hüseynov



Baxış sayı: 601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024