12px13px15px17px
Tarix:16/02/15

Ötən ay “Elektron hökumət” portalı üzərindən verilən 4 minə yaxın arayış yoxlanılıb

Yanvar ayında “Elektron hökumət” portalındakı “Portal üzərindən verilən arayışların yoxlanılması” xidmətindən 3839 dəfə istifadə edilib.
 
Bu xidmət vasitəsilə vətəndaşın istifadə etdiyi istənilən e-xidmət haqqında olan arayışın həqiqiliyini yoxlamaq mümkündür.
 
 
Sözügedən xidmətdən yararlanmaq üçün istifadə edilmiş elektron xidmətin PDF formatında yadda saxlanılan və yaxud çap olunan mətndəki ştrix kodu təqdim olunan boş xanaya əlavə edilir. Nəticədə ekranda istifadəçiyə aid fərdi məlumatlar əks olunur.
 
Qeyd edək ki, istifadəçilər bu arayışı da çap edə və ya kompüterin yaddaşında saxlaya bilərlər.
 
CAHANGİR



Baxış sayı: 1037

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024