12px13px15px17px
Tarix:16/02/15

ABŞ Prezidenti dövlət və özəl təşkilatlar arasında kibertəhdidlər haqqında informasiya mübadiləsinə dair fərman imzalayıb

Kiberhücumlardan mühafizə vəzifəsi həm dövlətin, həm də özəl şirkətlərin ayrı-ayrılıqda öhdəsindən gələ bilmədiyi vəzifədir.

Bu barədə ABŞ Prezidenti Barak Obama Stenford Universitetində kibertəhlükəsizlik və istehlakçıların qorunması məsələləri üzrə konfransda çıxışı zamanı bildirib. Dövlət agentlikləri özəl sektora hücumlar və cavab tədbirləri zamanı fəaliyyətin əlaqələndirilməsində kömək edə bilərlər, lakin özəl şirkətlər daha mükəmməl mühafizə vasitələrinə malikdirlər. Prezident qeyd edib ki, dövlət özəl şirkətlərin kompüter sistemlərinin təhlükəsizliyi ilə məşğul ola bilməz.  
 
Fərmanla kibertəhdidlər və onun təhlili haqqında informasiya mübadiləsi üzrə xüsusi təşkilatların yaradılması nəzərdə tutulur. ABŞ Milli Təhlükəsizlik Agentliyinin vəsaitləri hesabına belə təşkilatlar üçün müvafiq iş standartları hazırlanacaq. Onlar vasitəsilə federal agentliklər və özəl şirkətlər arasında informasiya mübadiləsinin (o cümlədən məxfi məlumatlar) həyata keçirilməsi planlaşdırılır. Bundan başqa, Prezident konqresə şirkətləri müştərilərin informasiyanın kibertəhdidlərə aid olacağı təqdirdə dövlət orqanlarına və ya digər şirkətlərə verilməsi ilə bağlı iddialarından qoruyan qanunu qəbul etmək xahişi ilə müraciət edib, - “Computerworld yazır. 



Baxış sayı: 881

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024