12px13px15px17px
Tarix:16/02/15

İran milli axtarış sistemini rəsmən istifadəyə verdi

İran Qərbin sanksiyalarına cavab tədbiri kimi öz "Yooz" axtarış sistemini rəsmən istifadəyə verib. Milli axtarış sistemi "Google" və ona oxşar sistemlərə alternativdir. İran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmisi deyib ki, axtarış mühərriki fars dilində 1 milyardadək sayı emal edə bilər. "Yooz" sözü farsdan tərcümədə gepard deməkdir.

"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, İranın milli axtarış sistemi "http://www.yooz.ir" ünvanında əlçatandır. "International Business Times" yazıb ki, sözügedən sistem "Google", "Yahoo!" və ya "Bing" kimi mövcud Qərb axtarış sistemlərindən daha sürətli və təhlükəsizdir.
"Yooz" axtarış mühərriki İranın paytaxtında keçirilmiş mərasimdə təqdim edilib. Mərasimdə, həmçinin ölkənin Rabitə və İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi iştirak edib.

Sonralar "Yooz" axtarış sisteminə ərəb və ingilis dillərində resurslar əlavə etmək planlaşdırılır.

Emil Hüseynov




Baxış sayı: 794

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024