12px13px15px17px
Tarix:16/02/15

“Azərkosmos”un əməkdaşı “RASAT peykinin bütün əməliyyat seqmentləri üzrə praktiki təlim”də iştirak edəcək

Prezident yanında Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən xüsusi layihələrin maliyyələşdirilməsi məqsədi ilə 2014-cü ildə elan edilmiş 6-cı “Mobillik qrantı” müsabiqəsinin qalib layihələrindən biri də “RASAT peykinin bütün əməliyyat seqmentləri üzrə praktiki təlim” adlanır.
 
“Fizika-riyaziyyat və texnika elmləri” sahəsi üzrə verilən layihənin rəhbəri “Azərkosmos” ASC-nin əməkdaşı Ələkbərov Ağasif  Nazim oğludur. Layihə üzrə qalib Türkiyədə (Space Technology Research
Institute, TÜBİTAK UZAY) 30 gün müddətində təlimlərdə iştirak edəcək.
 
“RASAT peykinin bütün əməliyyat seqmentləri üzrə praktiki təlim”inin maliyyələşməsinə 5700 manat ayrılıb.
 
Qeyd edək ki, 6-cı “Mobillik qrantı” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 43300  manat olan 7 qalib layihə müəyyənləşdirilib.
 
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 855

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024