12px13px15px17px
Tarix:17/02/15

Polşanın “Plagiat.pl” şirkətinin proqramlarının Azərbaycan Milli Kitabxanasında tətbiqi araşdırılacaq

Polşanın “Plagiat.pl” şirkətinin proqramlarının Azərbaycan Milli Kitabxanasında (AMK) tətbiqi imkanları araşdırılacaq. Bununla bağlı məsələlər AMK-da keçirilən görüşdə müzakirəyə çıxarılıb.
 
Kitabxanadan bildirilib ki, “Plagiat.pl” şirkətinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Sebastian Kavçinski və  Bakı ofisinin direktoru Əli Təhməzov Azərbaycan Milli Kitabxanasında olublar. Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Milli kitabxana, onun elektron resursları barədə qonaqlara məlumat verib. Şirkət haqqında məlumat verən cənab Kavçinski bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən kompaniya  Moldova, Almaniya, Rumıniya, Polşa və digər Avropa ölkələrində, Cənubi Amerikada  fəaliyyət göstərir və 200-dən artıq müştərisi var.
 
Azərbaycanın onlar üçün çox maraqlı ölkə olduğunu vurğulayan cənab Kavçinski burada da fəaliyyət göstərməyi düşündüyünü bildirmişdir. Antiplagiat  kampaniya artıq Azərbaycanda Ali Attestasiya Komissiyası, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Təhsil Nazirliyi və bir neçə ali təhsil ocaqlarının rəhbərləri  ilə görüşmüş və antiplagiatlıq üzrə Azərbaycanın milli proqramlarını təklif ediblər.
 
Şirkətin hazırladığı proqramlar təhsil müəssisələrində, nəşriyyatlarda,  kitabxanalarda intellektual mülkiyyətin qorunmasına, sənədlərdə plagiat faylların aşkar olunmasına xidmət edir. Proqramlar hər hansı dildə plagiatı müəyyən etmək imkanına malikdir.
 
 
Görüşün sonunda K.Tahirov proqramla ətraflı tanış olacağını, proqramların Azərbaycan Milli Kitabxanası üçün əhəmiyyətini araşdıracağını bildirib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1186

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024