12px13px15px17px
Tarix:18/02/15

“Apple” 6 milyon saat sifariş edib

“Apple Inc”  bu ilin birinci rübündə Asiyada yerləşən təchizatçılarına 5-6 milyon  “Apple Watch” cihazı sifariş edib.
 
“ICTnews” xəbər xidmətinin “Wall Street  Journal”a istinadən verdiyi məlumata əsasən, “Apple  Watch” cihazlarını hazırlayan yeganə müəssisə Tayvanda yerləşən “Quanta Computer İnc” şirkəti bu ilin əvvəlindən iri həcmli istehsala başlayıb ki, apreldə buraxılışa hazır olsun.
 
Minlərlə insan, hətta Çin Yeni il bayram tətili vaxtı “Quanta” məxsus  “Çanqşu” fabrikində işləyəcək. Fabrik 24 saat dayanmadan fəaliyyət göstərəcək.
 
Aşağı sinfə aid olan “Apple Watch Sport” modelinin payına istehsalın tam yarısı düşür. Yüksəksəviyyəli, 18 karatlıq qızıl örtüyə malik olan “Apple Watch Edition”un istehsalının birinci rübdə yüksək səviyyədə olmayacağı bildirilir, amma ikinci rübdə  “Apple” aya 1 milyondan çox istehsal planlaşdırır.
 
“Apple Watch” cihazının ilkin qiyməti 349 dollar səviyyəsində gözlənilir. Zəng və mesaj qəbulu, musiqi pleyeri, rəqəmsal pul kisəsi və ürək döyüntüsünü qeyd edən sensor  kimi xüsusiyyətlərə malikdir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 602

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024