12px13px15px17px
Tarix:18/02/15

Abonent xidmətləri sahəsində Müştəri informasiya sisteminin tətbiqinə başlanılıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən abonent məlumatlarının onlayn qaydada dəyişdirilməsi məqsədi ilə “Elektron hökumət” layihəsi çərçivəsində “Abonent məlumatlarının dəyişdirilməsi” elektron xidməti istifadəyə verilib.
 
Bu barədə mətbuata sözügedən cəmiyyətin sədri Qorxmaz Hüseynov məlumat verib. O bildirib ki, abonent xidmətləri sahəsində Müştəri informasiya sisteminin tətbiqinə başlanılıb və ilk olaraq Yasamal rayonunda pilot layihə icra edilib. Q.Hüseynov qeyd edib ki, hazırda bu təcrübədən digər su-kanal idarələrində də istifadə olunmasına başlanılıb:
 
“2014-cü il abonentlərə göstərilən müştəri xidmətlərinin keyfiyyətinin artırılması ilə bağlı həyata keçirilən tədbirlərlə də yadda qalıb. Ötən il  qanunvericiliyə edilən dəyişikliklər, həyata keçirilən pilot layihələr xidmət səviyyəsinin yüksəldilməsinə, şəffaflığın artırılmasına gətirib çıxarıb. Görülən işlər “Sudan istifadə”, həmçinin “İstehlakçıların  su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması” qaydalarının təsdiq olunması bu sahədə yarana biləcək mübahisələrin minimuma endirilməsinə imkan verəcək.  Bundan başqa Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərlə su və kanalizasiya xətlərinə özbaşına və qanunsuz qoşulma hallarına qarşı tədbirlər daha da sərtləşdirilib”.
 
 
 
SEYMUR



Baxış sayı: 738

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024