12px13px15px17px
Tarix:18/02/15

“Azercell Telekom” şirkəti mobil rabitə bazarında lider mövqeyini qoruyub saxlayıb

Azərbaycanın aparıcı mobil operatoru “Azercell Telekom” şirkəti bu gün kütləvi informasiya nümayəndələrinə 2014-cü ilin hesabatını təqdim edib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin yeni hesabatının təqdimat mərasimində “Azercell Telekom”un prezidenti vəzifəsini icra edən Vahid Mürsəliyev bildirib ki, hazırda Azərbaycanın mobil rabitə abunəçilərinin 51,3 %-i “Azercell Telekom”un şəbəkəsindən istifadə edirlər.
 
“Azercell”in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni və ya 4,5 milyon nəfərdən çox insanı əhatə edir. Ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarı olan “Azercell” ötən il Azərbaycanda telekommunikasiyanın inkişafına təxminən 57  milyon manat, ölkədə fəaliyyət göstərdiyi 18 il ərzində isə 1.67 milyard manat sərmayə yatırıb. Ötən il “Azercell” öz işçilərinin inkişafına 1.2 milyon manat (18 il ərzində isə 14.2 milyon manat) həcmində sərmayə yatırıb. Bunlar isə özünü “Azercell” xidmət səviyyəsinin  və nəticədə müştəri məmnuniyyətinin yüksəldilməsi ilə nəticələnib”, - deyə o bildirib.
 
V. Mürsəliyev bildirib ki, 2014-cü ildə “Azercell” dövlət büdcəsinə təqribən 112 milyon manat, 18 il ərzində isə 1.11 milyard manat vəsait ödəyib. Dövlət büdcəsinin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, 2014-cü ildə “Azercell” ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,38 % təşkil edib.
 
Şirkət şəbəkəsini gücləndirməsinə Azərbaycanın ən geniş və güclü şəbəkəsinə sahib olan və daima keyfiyyəti ilə seçilən “Azercell Telekom” son iki il ərzində öz şəbəkəsini 25% daha da gücləndirib. Ötən ildə şirkət 169-dan çox “2G/3G” Radio Baza Stansiyası quraşdıraraq, onların sayını 4 690-a çatdırıb və “3G” şəbəkəsinin tutumunun ölkə üzrə 48%, Bakıda 92 %-ə çatdırılmasına nail olub.
 
Aynur Vəliyeva



Baxış sayı: 1291

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024