12px13px15px17px
Tarix:18/02/15

Nazir “Caspian European Club”-un təşkilatçılığı ilə keçirilən “Biznes forum”da iştirak edib

“Caspian European Club”-un təşkilatçılığı, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun iştirakı ilə Bakıda “Biznes forum” keçirilib.
 
Özəl sektor nümayəndələrinin qatıldığı forumda nazir Əli Abbasov Azərbaycanda gedən ümumi iqtisadi artım fonunda informasiya-kommunikasiya texnologiyaları (İKT) istiqamətinin roluna toxunaraq, ölkə iqtisadiyyatında baş verən inkişafın İKT sahəsində bir çox nailiyyətlərin əldə olunmasına şərait yaratdığını bildirib.
 
Sektor üzrə dayanıqlı, dinamik inkişaf tendensiyasının 2014-cü ildə də  davam etdiyini vurğulayan nazir ildən-ilə artan göstəricilərə görə beynəlxalq reytinqlərdə Azərbaycanın ön yerlərə qalxdığını, o cümlədən Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” hesabatında ölkəmizin “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə 49-cu yerə yüksəldiyini nəzərə çatdırıb. Qarşıya qoyulan prioritetlərdən də söz açan Ə.Abbasov rəqəmli iqtisadi sektorun gələcək inkişafında yüksək texnologiyalara əsaslanan, ixrac potensialının gücləndirilməsinə yönələn innovativ, rəqabətə davamlı məhsul və xidmət istehsalının əsas hədəflərdən olduğunu bildirib. İnnovativ inkişaf modelinin reallaşması üçün ölkəmizin iqtisadi siyasətində artıq bir neçə əsaslı addımların atıldığını da xatırladan nazir xüsusən son illər elmi-texniki və sənaye parkları şəbəkəsinin yaradıldığını, bu parklarda xüsusi  iqtisadi rejim, o cümlədən güzəştli vergi və gömrük şərtlərinə əsaslanan yüngülləşdirilmiş işgüzarlıq mühitinin formalaşdırılmasına başlanıldığını qeyd edib. İnnovativ sahibkarlığın inkişafı məqsədilə maliyyə resurslarına çıxışın asanlaşdırılmasından da söz açan nazir Azərbaycan kimi daxili bazarı kiçik olan ölkələrdə bazarın genişləndirilməsinin də vacib şərtlərdən olduğunu diqqətə çatdırıb.
 
 
Çıxışdan sonra “Caspian European Club”-un İcraiyyə Komitəsinin qərarına əsasən, nazir Əli Abbasovun klubun fəxri üzvü seçildiyi elan edilib. Üzvlük sertifikatını nazirə “Caspian European Club”-un baş icraçı direktoru Telman Əliyev təqdim edib. Daha sonra forum nazir və İT sektorunu təmsil edən özəl qurumların nümayəndələri arasında dialoq şəklində davam etdirilib.
 
 
Qeyd edək ki, “Caspian European Club” regional təşkilat olaraq, 2002-ci ildə Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb.
 
 
“Caspian European Club”-un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Dünyanın 50 ölkəsindən təşkilat və 5 mindən artıq şirkəti öz sıralarında birləşdirən klub dövlət qurumları ilə özəl sektor arasında səmərəli dialoqun qurulması istiqamətində fəal iş aparır.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1113

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2020

29/03/20
“6G” mobil şəbəkələrinin tətbiq olunma müddəti məlum olub

Dünyada beşinci nəsil (5G) mobil şəbəkələrinin tətbiqinə başlanılıb. Eyni zamanda bir sıra texnologiya nə

29/03/20
“5G” dəstəkli ən ucuz smartfon təqdim edilib

“Xiaomi” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulmaq imkanına malik “Mi 10 Lite” adlı ən

29/03/20
Yanğınsöndürən dron hazırlanıb

Çinin “QilingUAV” şirkəti “JS260” adlı yanğınsöndürən dron hazırlayıb. Bu dronun ucqar rayonlarda meşə

29/03/20
“Facebook” və “Instagram” Avropada videonun keyfiyyətini azaldıb

“Facebook” və “Instagram” şirkətləri kompüter şəbəkələrinin yükünün azaldılması məqsədilə Avropada v

29/03/20
“Samsung” və “LG” zavodları bağlanır

Cənubi Koreyanın “Samsung” və “LG” elektronika istehsalçıları yeni növ koronavirus (COVID-19)

29/03/20
Koronavirus mövzusu kiberhücumlar üçün aktiv istifadə edilir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının izlənilməsi üçün bir sıra mobil və onlayn əla

29/03/20
Köhnəlmiş “iPhone” qurğuları üçün yeniləmə təqdim edilib

“Apple” korporasiyası köhnəlmiş smartfon və planşetlər üçün yeniləmə çıxarıb.

29/03/20
“Xiaomi” şirkəti yeni smartfonlarını təqdim edib

“Xiaomi”nin törəmə brendi olan “Redmi” yeni smartfonlarını təqdim edib. “K30 Pro” seriyasına məxsus apa

28 03 2020