12px13px15px17px
Tarix:06/09/11

“Google” şirkəti özünün 10 xidmətini bağlayır

“Google” şirkəti öz bloqunda yaxın bir neçə ay ərzində 10 layihəni bağlamaq niyyətini elan edib. Layihələrin bir qismi mövcud məhsulların tərkibinə daxil ediləcək, digərləri isə ləğv ediləcək. Layihələrin siyahısı əlifba sırası ilə dərc edilib.

Siyahıda ləğv edilən xidmətlər arasında birinci yerdə sosial axtarış maşını “Aardwark”dır. Orda istifadəçilərə suallar vermək və onlara cavab vermək təklif edilir.

Siyahı üzrə sonra – “Desktop”dur, fayl, poçt, şəkil və veb-sörfinqin tarixi üzrə ani axtarış yerinə yetirməyə icazə verən “Windows”da olan funksiyanın alternatividir. İşin sürəti kompyuterdə bütün faylların əvvəlcədən indeksləşdirilməsi hesabına həyata keçirilir.

Xeyli sayda insanın bu proqramdan istifadə etməsinə baxmayaraq, “Google” sentyabr ayının 14-dən “Desktop” layihəsinin inkişafını dayandıracaq. Həmçinin texniki dəstək də dayandırılacaq. "Google Bloknotu" da ləğv edilən xidmətlər siyahısına düşüb.

Xidmət veb-saytlara baxış müddətində qeydlər etməyə və sonra onları digər qurğularda oxumağa imkan yaradırdı. İstifadəçinin bütün mövcud yazıları “Google Docs”da onun hesabına avtomatik olaraq keçəcək.

Siyahıya həmçinin, “Fast Flip”, “Google Maps APİ for Flash”, “Google Pack”, “Google Web Security”, “İmage Labeler”, “Sidewiki” və “Subscribed Links” xidmətləri əlavə olunub.

Layihələri bağlayaraq, “Google” şirkəti işi optimallaşdırmağa və azad olmuş resursları planetdə milyardlarla insanın həyatını yaxşılaşdıran əsas məhsullara yönəltməyə çalışır.



Baxış sayı: 2194

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024