12px13px15px17px
Tarix:19/02/15

XİN: “Facebook” separatçı Dağlıq Qarabağ rejimi ilə bağlı yol verdiyi yanlışlığı aradan qaldırıb”

Dünyanın ən böyük sosial şəbəkələrindən biri olan “Facebook” şirkəti Azərbaycanın işğal olunmuş ərazisi – Dağlıq Qarabağ bölgəsi ilə əlaqədar yol verdiyi yanlışlığı aradan qaldırmaq məqsədi ilə addımlar atıb.
 
Bu  barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. XİN-dən bildirilib ki, qondarma rejimin “hökumət”inin “Facebook” səhifəsinin “verified” statusu ləğv edilib.
 
Adıçəkilən nazirliyin sözçüsü Hikmət Hacıyev bildirib ki, müxtəlif kommersiya vasitələri ilə cılız addımlara əl ataraq beynəlxalq ictimaiyyəti aldatmağa çalışan Ermənistan və ABŞ erməni diasporunun yalanları növbəti dəfə ifşa olunub:
 
“Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin ABŞ-dakı səfirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “hökumət”inin “Facebook” səhifəsinə verilmiş “verified” statusu “Facebook” şirkəti tərəfindən aradan qaldırılıb”.
 
SEYMUR
 



Baxış sayı: 634

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024