12px13px15px17px
Tarix:19/02/15

“Azercell Telekom” yaxın bir il ərzində abunəçilərinə yeni innovativ xidmətlər göstərmək niyyətindədir

Azərbaycanın aparıcı mobil rabitə operatoru “Azercell Telekom” şirkəti mobil ödəniş xidmətlərini göstərməyə hazırlaşır.
 
Şirkətin nümayəndəsi Rəşad Pirverdiyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu xidmətin göstərilməsi üçün qanunvericilikdə dəyişikliklər edilməlidir.
 
“Hazırda Azərbaycan Mərkəzi Bankı bu sahədə qanun layihəsi üzərində işlər aparır və “Azercell Telekom” şirkəti bu prosesdə aktiv iştirak edir. Qanun qəbul edildikdən sonra biz mobil bankinq və mobil ödəniş xidmətlərini tam şəkildə öz abunəçilərimizə təqdim etmək niyyətindəyik”, - deyə o qeyd edib.
 
Qeyd edək ki, şirkət hazırda bir sıra innovativ sosial servislərin öz şəbəkəsində tətbiqi üzərində işlər aparır və şirkətin rəhbərliyinin verdiyi məlumata əsasən, ən geci bir il ərzində  uşaqların GPS vasitəsi ilə onlayn izlənməsi xidmətini, abunəçinin səhhətində dəyişikliklərin müşahidəsi və s. servisləri “Azercell” abunəçilərinə təqdim etmək niyyətindədir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 786

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024