12px13px15px17px
Tarix:20/02/15

Britaniyalıların yarısı mobil bankçılıqdan istifadə edir

Böyük Britaniyanın yaşlı sakinlərinin təxminən yarısı (46 faiz) onlayn bankçılıq xidmətlərindən öz smartfonları vasitəsilə yararlanır. Əmanətçilərin daha üçdə bir hissəsi (37 faiz) bankların mobil əlavəsinə gündə ən azı bir dəfə daxil olur.  

Tədqiqat mobil qurğular üçün maliyyə idarəçilik xidmətləri hazırlayan "Thinkmoney” təşkilatı tərəfindən aparılıb. Sorğu zamanı məlum olub ki, mobil bankçılıqdan daha çox cavanlar istifadə edir. Belə ki, 18-24 yaş qrupundan olan rəyi soruşulanların 69 faizi və 25-34 yaşlı respondentlərin 72 faizi bank əlavəsinə smartfon vasitəsilə daxil olur.
 
Bununla belə, daha yaşlı nəsil də mobil texnologiyalardan istifadəyə keçməyə hazırdır. 45-54 yaşlıların 41 faizi və yaşı 55-dən yuxarı olan britaniyalıların 21 faizi artıq mobil qurğularda maliyyə xidmətlərindən istifadə edir.
 
37 faiz mobil bankçılığa gündə bir dəfə daxil olur. Onlar arasında 44 faiz 25-34 yaşlı insanlardır.
Bu yaş qrupundan olan digər respondentlər smartfondan pul vəsaitlərinin idarə edilməsi üçün həftədə bir dəfə yararlanır.
 
Böyük Britaniyada mobil və onlayn bankçılığın geniş yayılmasına baxmayaraq əvvəlki tədqiqatlar göstərib ki, vətəndaşların əksəriyyəti pullarını hesabdan kağız çıxarışlar alanda özlərini daha rahat hiss edir, - "Payspacemagazine” yazır. 



Baxış sayı: 328

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Oktyabr 2019

17/10/19
“Əşyalar interneti” qurğularına rekord sayda kiberhücum qeydə alınıb

Cari ilin birinci yarısında “Əşyalar interneti” (IoT) qurğularına kiberhücumların sayı 2018-ci ilin analo

17/10/19
“Windows Phone Store” mağazasının fəaliyyəti nə vaxt dayandırılacaq?

“Microsoft” korporasiyası 2019-cu il 16 dekabr tarixindən etibarən “Windows Phone 8.1” əməliyyat 

17/10/19
Robot-kuryer “Agility Robotics” şirkətində işləməyə başlayıb

“Agility Robotics” şirkəti “Digit” adlı robotun ikinci modelini təqdim edib.

17/10/19
10 il sonra “6G” texnologiyası əlçatan olacaq

Yaxın onillikdə məlumatların ötürülməsində qabaqcıl “5G” ilə müqayisədə daha səmərəli və daha sürətli olaca

16 10 2019

16/10/19
“Google” şirkəti USB daşıyıcı formasında olan təhlükəsizlik açarı təqdim edib

“Google” şirkəti USB daşıyıcı formasında hazırlanmış miniatür təhlükəsizlik açarını təqdim edib. “Titan S

16/10/19
“Adobe” məhsullarında 80-dən çox boşluq aradan qaldırılıb

“Adobe” şirkəti “Acrobat” və “Acrobat Reader”, “Experience Manager” və “Download

16/10/19
Smartfonun yüksək iş qabiliyyətini qoruyan sadə üsul açıqlanıb

İstifadəçilər pis keyfiyyətli fotoşəkillərə görə smartfonun yaddaş tutumunun 20 faizini itirirlər. Qurğun

16/10/19
Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı 

16/10/19
“Windows 7” sisteminə edilmiş kiberhücumların sayı 71%-dən çox artıb

Məlum olduğu kimi, “Microsoft” şirkəti bir neçə ay sonra “Windows 7” əməliyyat sisteminin dəstəyini dayan

16/10/19
“Google Pixelbook Go” noutbukunun təqdimatı olub

“Google” şirkəti ənənəvi oktyabr tədbirində yeni “Pixelbook Go” noutbukunu rəsmən təqdim edib.

16/10/19
“Google” hərəkət sensoruna malik ilk smartfonunu təqdim edib

ABŞ-ın “Google” şirkəti tərəfindən təqdim edilmiş “Pixel 4” smartfonu hərəkət sensoru və təkmilləşdirilm

16/10/19
Sahibini izləyən robot-çamadan təqdim edilib

İtaliyanın “Vespa” motoroller istehsalçısı ikitəkərli, öz-özünü tənzimləyən “Gita”