12px13px15px17px
Tarix:20/02/15

Bakıda “E-ticarət zirvə toplantısı” keçirilib

Elektron Ticarət İcması (ETİ) və “Shopera.az”-ın təşkilatçılığı, Kapital Bankın təşkilatı dəstəyi ilə Bakıda “E-ticarət zirvə toplantısı” keçirilib. Tədbirin məqsədi şirkət və bankların 2014-cü ildə elektron ticarət sahəsi üzrə olan hesabatlarının təqdimatı, həmçinin mövzu ətrafında müzakirələrin aparılması, qarşılıqlı təcrübə mübadiləsinin təşkili və cari il üzrə hədəflərin müəyyənləşdirilməsidir.
 
Toplantıda bankların faiz kart menecerləri, onlayn alış-veriş saytlarının rəhbərləri, pərakəndə satış şirkətlərinin nümayəndələri, mobil ödəmə sistemlərinin təmsilçiləri iştirak ediblər. Tədbirdə “Albalı Kart” meneceri Çingiz Abbasəliyev, “Baku Electronics”-in Marketinq şöbəsinin müdiri Şirəli Ələkbərov, “İdeal Parfümeriya və Kosmetika Mağazaları Şəbəkəsi”nin Marketinq şöbəsinin müdiri Rafiq Vəliyev, “Rahat Marketlər Şəbəkəsi”nin Marketinq müdiri Kənan Şirinov, “YapıKredi Bank Azərbaycan”ın marketinq üzrə mütəxəssisi Məlahət Adilova, “Kapital Bank”ın Rəqəmsal marketinq şöbəsinin müdiri Rəşid Salehov, “Retail Fashion Group”-un marketinq meneceri Anar Heydərov, “Mobile Payment Systems” MMC-nin biznesin inkişafı üzrə direktoru Nigar Axundova, “Millikart” Ödəmə Sisteminin marketinq direktoru Nigar Rüstəmzadə, Qafqaz Universiteti Texnoparkının direktoru – İsa Qasımov, “Gozelevler.com”-un həmtəsisçisi Günel İsmayılova, “Shopera.az”-ın  təsisçisi Rəşad Mehdiyev çıxış edərək, mövzu ilə bağlı fikirlərini paylaşıblar.
 
 
Qeyd edək ki, 2014-cü ilin iyununda Elektron Ticarət İcması və “Shopera.az” Türkiyənin “Sahibinden.com”, “Markafoni.com”, “Doğan Online”, “Google Türkiyə”, “Garanti Bankası”, “Evmanya.com”, “Akakce.com”, “KobiMaster” kimi iri ticarət platformalarının mütəxəssislərinin  iştirakı ilə “eTicarət Master Class” adlı tədbir həyata keçirib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 336

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.