12px13px15px17px
Tarix:21/02/15

“Elektron hökumət” portalından rezidentura səviyyəsi üzrə imtahanda iştirak etmək istəyənlərə dəstək

“Elektron hökumət” portalı rezidentura səviyyəsi üzrə imtahanda iştirak etmək istəyənlərə xidmət təklif edir.

Belə ki, ali təhsilin rezidentura pilləsinə daxil olmaq istəyənlər “Elektron hökumət” portalına daxil olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təqdim etdiyi “Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər)) ərizələrinin onlayn qəbulu” elektron xidməti vasitəsilə qeydiyyatdan keçə bilərlər.
 
Bunun üçün namizədlər “Elektron hökumət” portalında aidiyyəti xidmətə daxil olaraq şəxsiyyət vəsiqəsinin seriya/nömrəsi, FİN və TQDK-nın təqdim etdiyi “Virtual ödəmə kartı”nda göstərilən iş nömrəsi və şifrdən istifadə etməklə “Namizədin elektron ərizəsi”ni doldurmalıdır.
 
Qeyd edək ki “Virtual ödəmə kartı”nı “Elektron hökumət” portalı vasitəsilə də əldə etmək olar. Namizədlər “Namizədin elektron ərizəsi”ni oflayn şəkildə Azərbaycan Tibb Universiteti və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan, Gəncə, Şəki, Xaçmaz, Lənkəran, Şirvan, Göyçay və Ağcabədidə yerləşən regional bölmələrində yaradılmış Sənəd Qəbulu Mərkəzlərində təsdiq etdirə bilərlər. Bununla yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərində “Elektron imza” sertifikatı əldə etmiş namizədlər həmin sertifikatdan istifadə etməklə vaxt itkisinə yol vermədən onlayn rejimdə ərizələrini təsdiq edə bilərlər.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 841

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024