12px13px15px17px
Tarix:21/02/15

“Horizon-2020” proqramı çərçivəsində “Elm, Texnologiya, İnnovasiya” günləri keçiriləcək

Fransanın paytaxtı Paris şəhərində “Elm, Texnologiya, İnnovasiya” günləri keçiriləcək. 17-19 mart tarixlərində baş tutacaq tədbir Avropa Birliyinin “Horizon-2020” proqramı çərçivəsində təşkil ediləcək. “Elm, Texnologiya, İnnovasiya” günlərində azərbaycanlı mütəxəssislərin iştirakı da nəzərdə tutulur.
 
AMEA Radiasiya Problemləri İnstitutundan (RPİ) bildirilib ki, tədbirdə RPİ-nin “Enerjiqənaətedici radiasiya prosesləri” laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor İslam Mustafayev iştirak edəcək. Səfərin xərcləri “Horizon-2020” proqramı tərəfindən ödənilir.
 
 
Qeyd edək ki, elmi tədqiqatlar və işləmələr, rəqabətlilik və innovasiyalar üzrə Avropa Birliyinin (AB) çərçivə proqramlarını, həmçinin, Avropa İnnovasiyalar və Texnologiyalar İnstitutunu özündə birləşdirən yeni “Horizon - 2020” proqramının reallaşması 2014-cü il yanvarın 1-dən başlayıb. Proqramda sosial və qlobal problemlərin (“yaşıl” energetika, nəqliyyat, iqlim dəyişkənliyi və əhalinin yaşlanması) həllinə cəlb olunmuş yüksək effektivli  eko, nano, bio və info texnologiyalara üstünlük verilir.
 
Avropa Birliyi Komissiyası “Horizon – 2020” proqramı vasitəsilə 2014-2020-ci illərdə elmin inkişafının daha yüksək səviyyəyə çatdırılması, innovasiya və elmi tədqiqatların sənayedə tətbiqi, sağlam həyat və qida təhlükəsizliyi, ətraf mühitin qorunması, enerji, eləcə də digər təbii ehtiyatların səmərəli istifadəsinə yönəlmiş tədqiqatların maliyyələşdirilməsini nəzərdə tutur.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 700

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024