12px13px15px17px
Tarix:23/02/15

Azərbaycan Milli Kitabxanası öz elektron fondunu genişləndirir

Bu il Azərbaycan Milli Kitabxanası (AMK) öz elektron fondunun genişləndirilməsi ilə bağlı işlərə başlayıb. Bu məqsədlə AMK elektron kitabxananın xarici elektron informasiya bazaları ilə komplektləşməsini həyata keçirərək zəngin axtarış imkanlarına malik, dünyanın və  Rusiyanın aparıcı “elibrary.ru” elektron elmi kitabxanasının rusdilli informasiya ehtiyatlarına  abunə olub.
 
Kitabxanadan bildirilib ki, “elibrary.ru” platformasında Rusiyanın universal xarakterli (müxtəlif elm sahələrinə dair)  elmi jurnallarının elektron versiyalarının tam mətnlərindən oxucuların istifadəsi artıq mümkündür.
 
Sözügedən materiallar oxuculara xidmət şöbəsinin elmi zallarında – “Dövri mətbuat”, “Humanitar”, “Dəqiq və texniki elmlər” zallarında, “Lokal şəbəkədən istifadə üzrə oxu zalı”nda olan kompüterlərə  yüklənərək istifadəyə verilib.
 
 
Həqiqət İSABALAYEVA
 



Baxış sayı: 602

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024