12px13px15px17px
Tarix:23/02/15

Əlillik müayinələrinin elektron göndəriş formaları ümumi elektron informasiya sisteminə inteqrasiya ediləcək

Artıq cari ilin əvvəlindən Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən əlillik müayinələri məhz elektron göndəriş formaları əsasında aparılır və bu formaların təkmilləşdirilməsi, ümumi elektron informasiya sisteminə inteqrasiyası sahəsində işlər görülür.
 
Bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) keçirilən “Məlumat mübadiləsi saatı”nın tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, məşğulluq siyasəti sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətlərində aparılan işlərə dair növbəti iclasında bildirib.
 
Nazir qeyd edib ki, ötən il Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt sisteminin hazırlanması əlillik müayinəsi və onun nəticələri barədə məlumatların ƏƏSMN-in Tibbi-sosial ekspert komissiyaları (TSEK) ilə digər qurumlar arasında kağız daşıyıcılara son qoyulmaqla, elektron şəkildə mübadiləsinə imkan verib. Həmin sistem əlillik təyinatının tam avtomatlaşdırılmasına və bu sahədə məmur-vətəndaş təmaslarını minimallaşdırmağa yönəlib:
 
“Eyni zamanda, respublikada tibbi-sosial ekspertiza işinin keyfiyyətinin yüksəldilməsi üçün “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə” layihəsi hazırlanaraq hökumətə təqdim edilib”.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 681

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024