12px13px15px17px
Tarix:23/02/15

Avropa bank sektoru onlayn xidmətlərə keçir

Dünya maliyyə böhranı başlanandan sonra Avropanın böyük ölkələrində bank filiallarının sayı daima azalmağa doğru gedir. Maliyyə institutları bölmələrin saxlanılması üçün xərcləri azaltmaq və əsas bank xidmətlərini onlayn məkana keçirmək məcburiyyəti ilə üzləşir.
 
Bununla belə, filiallar üçün xərclərin azaldılması qeyri-bərabər aparılır. Avropa İttifaqında (Aİ) ənənəvi bank ofislərinin çox olduğu ölkələr hələ də var. Bu barədə “SNL Financial” tədqiqat şirkətinin hesabatında deyilir.
 
İspaniya bank şöbələrinin inkişafı üzrə Avropa ölkələri arasında liderdir. 2013-cü ilin sonuna olan vəziyyətə görə, ölkədə 10 min sakinə yeddidən çox (7,18) şöbə düşüb, halbuki 2012-ci ilin sonunda bu göstərici səkkizi (8,16) ötüb.
 
Fransa, Almaniya və İtaliyada da ənənəvi bankçılığın azalması müşahidə olunur. Belə ki, 2012-ci ilin sonunda 10 min sakinə müvafiq olaraq 6,00, 5,40 və 4,50 bank şöbəsi düşüb, 2013-cü ilin sonunda 5,89, 5,21 və 4,47 filial qalıb.
 
Böyük Britaniya əvvəlcədən digər Avropa ölkələrindən bank şöbələrinin sayına görə geri qalıb. 2012-ci ildə 10 min sakinə 1,8 ofis qeydə alınıb.
 
Bundan əlavə, nisbətən aşağı göstəriciyə baxmayaraq ölkənin iri bankları filialların sayını azaldır. Məsələn, “Lloyds Banking Group” 2017-ci ilədək 150 ənənəvi bank xidmətini bağlamağı planlaşdırır. Bank rəhbərliyi rəqəmli platformaların yaradılmasına vəsaitlər yatırmaq niyyətindədir. İlkin məlumatlara görə, onlyan bankçılığın ənənəvi maliyyə əməliyyatlarında payı 50-70 faiz təşkil edəcək. Şotlandiya Kral Bankı da filial şəbəkəsində ciddi struktur dəyişiklikləri aparır. 2015-ci ildə 99 ofisin fəaliyyətini dayandırması nəzərdə tutulur, - “Payspacemagazine” yazır.



Baxış sayı: 545

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024