12px13px15px17px
Tarix:24/02/15

Azərbaycanda ilk: Qazandıran sosial şəbəkə!

Azərbaycanın ilk dəfə istifadəçilərin qazanmasını hədəfləyən və eyni vaxtda milli sosial şəbəkəsi olan "MyDay.az" istifadəyə verildi.
 
Sosial şəbəkənin yaradılmasında məqsəd şəbəkəyə qoşulan şirkətlər vasitəsilə istifadəçilərimizin hədiyyələr qazanmasını təmin etmək, o cümlədən gənclərin bir-biriylə əyləncəli dialoqunu qurmaq, vaxtlarını daha sərfəli və maraqlı keçirməsini təşkil etməkdir.
 
Qeyd edək ki, qonşu ölkələrin özünəməxsus sosial şəbəkələri olduğu halda Azərbaycanda hələlik belə bir sistemli sosial şəbəkə yox idi. Bunu nəzərə alan "MyDay" layihəsi həm də Azərbaycanın ilk milli sosial şəbəkəsi hesab edilə bilər.
 
"Mənim günüm" (myday) adlı sosial şəbəkədə istənilən şəxs pulsuz qeydiyyatdan keçərək öz səhifəsini yarada, şəkillərini, musiqi və videolarını paylaşa bilər. Şəbəkədəki insanların bir-birlərinə rəy bildirmək, yaxud paylaşılan fikirləri bəyənmək (like) imkanları var. 
 
Sosial şəbəkədə müxtəlif mövzulu müsabiqə və kampaniyalara da start verilib. "MyDay"-in istifadəçilər üçün təşkil etdiyi kampaniyaya "Özkaya Group", "Vision TV", "Hotel Admiral", "Baku Kitchen Academy", "Vizitka az." kimi bir sıra şirkətlər və "Park Bulvar"da yerləşən "Sport Cafe", "Park Cinema" və "Verenda" restoranı qoşulub. Şəbəkədən istifadə etməklə bərabər, siz burada keçirilən kampaniyalardan yararlanaraq bolluca hədiyyələr qazana bilərsiniz.
 
"MyDay"-in ilk dəstəkçisi "Epiderm" Lazer Epilyasiya Mərkəzidir. Bir sıra şirkətlər də artıq bu sosial məsuliyyətlilik layihəsinə qoşulmaq üçün özləri könüllü müraciət etmişlər. Məqsəd vətəndaşların əylənməsini, eyni zamanda da sosial şəbəkəyə sərf etdikləri zamanı itirmədən əylənməklə bərabər, kampaniyalarımızdan yararlanaraq qazanmalarını təmin etməkdir!



Baxış sayı: 1120

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024