12px13px15px17px
Tarix:24/02/15

2015-2016-cı tədris ilində gənclər texniki və texnoloji ixtisaslar üzrə təhsil almaq üçün hansı ölkələri seçə biləcəklər?

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan gənclərinin 2015-2016-cı tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı təsdiqlənib.
 
 
Texniki və texnoloji ixtisaslar üzrə gənclərin seçə biləcəyi təhsil müəssisələrinə gəlincə, bakalavrdan sonrakı təhsil səviyyəsi üzrə tələbələr ABŞ-da Kaliforniya Texnologiya İnstitutu, Corciya Texnologiya İnstitutu, Massaçusets Texnologiya İnstitutu, Almaniyada  Berlin Texniki Universiteti,  Braunşveyqa Texniki Universiteti,  Clausthal Texniki Universiteti,  Darmştadt Texniki Universiteti, Dortmundun Texniki Universiteti, Drezden Texniki Universiteti, İlmenau Texniki Universiteti, Münhen Texniki Universiteti, Avstriyada Vyana Texnologiya Universiteti, Belarusda Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti, Belarus Milli Texniki Universiteti, Böyük Britaniyada Mançester Universiteti, Oksford Universiteti, Çexiyada Çexiya Texniki Universiteti, Çində Honkonq Elm və Texnologiya Universiteti, Çin Elm və Texnologiya Universitetində təhsil ala bilərlər.
 
Bakalavr pilləsindən sonrakı təhsil səviyyəsi üzrə gənclərimiz Estoniyada Tallin Texnologiya Universiteti, Finlandiyada Helsinki Texnologiya Universiteti, Fransada Yüksək Tədqiqatlar Məktəbi, Telekommunikasiya Milli Məktəbi, Politexnik Məktəbi, Tuluza Aeronavtika və Kosmonavtika İnstitutu, Strasburq Universiteti, Kompen Texnologiya Universiteti,  Hindistanda Dehli Universiteti, Kharaqpur Texnologiya İnstitutu, Bombey Texnologiya İnstitutu, Dehli Texnologiya İnstitutu, Javaharlal Nehru Universiteti, İsveçdə Çalmers Texnologiya Universiteti, Geteborq Universiteti, Stokholmda Karolina İnstitutu, Lunda Universiteti, Stokholm Universiteti, İsveçrədə Bazel Universiteti, Cenevrədə Avropa Universiteti, İsveçrə Federal Texnologiya İnstitutu – Lozanna, İsveçrə Federal Texnologiya İnstitutu –Sürix, Bern Universiteti, Koreya Respublikasında Kanqvon Milli Universiteti,  Koreya Elm və Texnologiya İnstitutu, Pohanq Elm və Texnologiya Universiteti, Latviyada Riqa Texniki Universiteti, Litvada Kaunas Texnologiya Universiteti, Vilnüs Gediminas Texniki Universiteti, Vilnüs Universiteti, Vytautas Maqnus Universitetini seçə bilərlər.
 
Həmçinin texniki və texnoloji ixtisaslar üzrə seçimə imkan verən təhsil müəssisələrinin siyahısında Macarıstanın Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, Malayziyanın Texnologiya Universiteti, Niderlandın Amsterdam Universiteti, Delft Texnologiya Universiteti, Eindhoven Texnologiya Universiteti, Norveçin Elm və Texnologiya Universiteti, Rusiyanın “MATI” - Rusiya Dövlət Texnologiya Universiteti, N.E.Bauman adına Moskva Dövlət Texniki Universiteti, Radiotexnika, elektronika və avtomatika üzrə Moskva Dövlət Texniki Universiteti,  “STANKİN”- Moskva Dövlət Texnologiya Universiteti, Cihazqayırma və informatika üzrə Moskva Dövlət Universiteti, Rabitə və informatika üzrə Moskva Texniki Universiteti, Fizika və Texnologiya üzrə Moskva Dövlət Universiteti, Sinqapurun Nanyanq Texnologiya Universiteti, Sinqapur Milli Universiteti, Türkiyənin İstanbul Texniki Universiteti, Orta Doğu Texniki Universiteti, Yıldız Texniki Universiteti, Texniki Universiteti,  Ukraynanın Milli Aerokosmik Universiteti – “Xarkov Aviasiya İnstitutu”, Yaponiyanın
Tokio Texnologiya İnstitutu və dünyanın digər qabaqcıl ali təhsil müəssisələri də yer alıb. Siyahı Prezident yanında Təhsil üzrə Komissiyanın 9 fevral 2015-ci il tarixli 8 nömrəli sərəncamı ilə təsdiq edilib. Sərəncama əsasən, gənclər Dövlət Proqramı çərçivəsində ümumilikdə dünyanın 33 ölkəsinin 419 ali təhsil müəssisəsində müvafiq prioritet ixtisas istiqamətləri üzrə təhsil almaq məqsədilə müraciət edə biləcəklər.
 
 
Qeyd edək ki, 2015-2016-cı tədris ili üçün gənclər Dövlət Proqramına yalnız müəyyən olunmuş prioritet ixtisas istiqamətləri üzrə müraciət edə biləcəklər. Prioritet ixtisas istiqamətlərinin əhatəliliyinin genişlənməsi, yüksək texnologiyalar, sənaye, ekologiya kimi yeni ixtisas istiqamətlərinin əlavə olunması tələbələrə ölkənin inkişaf prioritetlərinə uyğun olaraq, geniş seçim imkanı yaradacaq.
 
Prioritet ixtisas istiqamətləri I və II dərəcəli olmaqla müəyyən edilib. Bu il keçiriləcək müsabiqədə əsas üstünlük I dərəcəli ixtisas istiqamətlərinə veriləcək. Yüksək texnologiyalar sahəsi xaricdə təhsillə bağlı birinci dərəcəli prioritet ixtisas istiqamətləri sırasına daxil edilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1674

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

04/06/20
“SpaceX” qlobal internet layihəsi üçün əlavə 60 peyk orbitə çıxarıb

“Falcon 9” raketdaşıyıcısı “Starlink” qlobal internet layihəsi üçün əlavə 60 peyk orbitə

04/06/20
“Rəqəmli Qızlar – Milli Təlim Proqramı” çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO-nun təşəbbüsü və dəstəyi, 

04/06/20
“Apple” şirkəti ABŞ-da etirazlar zamanı oğurlanmış “iPhone” smartfonlarını bloklayıb

“Apple” şirkəti ABŞ-da iğtişaşlar zamanı soyğunçular tərəfindən oğurlanmış smartfonları bloklayır. Bu haq

04/06/20
“Zoom” müxtəlif ölkələrin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb

“Zoom” müxtəlif ölkələrdə təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Şirkətin əsas

04/06/20
Yeni “Nokia” televizoru nümayiş olunub

Bu gün 43 düym diaqonallı yeni “Nokia Smart TV” modelinin təqdimatı keçirilib.

04/06/20
“Lenovo Chromebook Flex 3i” noutbukunun ekranı 360 dərəcə dönür

“Lenovo” şirkəti “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Chromebook Flex 3i” adlı

04/06/20
“Samsung” şirkəti “5G” dəstəkli smartfonlar üçün yeni “OLED” ekran təqdim edib

“Samsung Display” şirkəti məxsusi olaraq beşinci nəsil mobil rabitə şəbəkələrini (5G) dəstəkləyən smartfo

04/06/20
“Chromium” mühərrikinə əsaslanan yeni “Microsoft Edge” brauzeri “Windows 10” istifadəçilərinə əlçatan olub

Hələ 2015-ci ildə təqdim edilmiş “Microsoft Edge” brauzeri uzun müddət “Internet Explorer”in yeni tərtiba

04/06/20
“Samsung Galaxy Note 20 Ultra” modelinin ilk fotoşəkilləri dərc edilib

“SM-N986U” model nömrəli “Samsung” smartfonu bu yaxınlarda “Bluetooth SIG” təşkilatında sertifikasiyada

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.