12px13px15px17px
Tarix:24/02/15

Bakıda “Startup AddVenture” konfransı keçiriləcək

 Fevralın 25-də Bakıda peşəkar sahibkarların və investorların iştirakı ilə “Startup AddVenture” konfransı keçiriləcək .

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, konfrans “CCC Startups” və “Khazar Ventures” şirkətlərinin təşkilatçılığı ilə baş tutacaq.
 
Konfrans tədris proqramından və startup müsabiqəsindən ibarət olacaq. Tədbirə  “Silicon Valley”in və Avropanın ən tələb olunan təlimçiləri qatılacaq.
 
Konfransla yanaşı, “startup”lar arasında real pitching (müsabiqə)lər keçiriləcək və qalib layihələr həm investisiya, həm də qlobal tədbirlərə çıxış imkanları əldə edə biləcəklər.
 
Tədris proqramında təlimçi qismində “Techcrunch”ın redaktoru Mike Butcher, “Virgin Group”un rəqəmsal marketinqi üzrə keçmiş rəhbəri Aleks Hunter, “Badoo”nun istifadəçi sayının 100 milyona çatdırılmasına kömək edən Michael Geer, “HP” şirkətinin daşınan texnologiyaları üzrə rəhbəri “Sridhar Solur”, “CCC Startups”ın əsas əməkdaşları Vitaliy M. Golomb, Mike Reiner və Max Gurvets və başqaları iştirak edəcəklər.
 
Aynur Vəliyeva



Baxış sayı: 680

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024