12px13px15px17px
Tarix:25/02/15

“Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi yekunlaşıb

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə əməkdaşlığı ilə həyata keçirilmiş “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin uğurla tamamlanmasına həsr olunmuş açılış mərasimi keçirilib.
 
 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, Koreyanın Azərbaycandakı səfiri Çoi Suk İn, Cənubi Koreya Donqvon şirkətinin direktoru Hong Yong Hye, KOICA Azərbaycan Nümayəndəliyinin rezident nümayəndəsi xanım Kim Eun Suk və müvafiq dövlət qurumlarının rəsmiləri, təhsil və informasiya texnologiyaları üzrə mütəxəssislər iştirak edib. Tədbirin rəsmi hissəsində qonaqlara layihə və onun faydaları haqqında məlumat verilib. Daha sonra yeni yaradılmış elektron mühazirə və imtahan otaqlarına baxış keçirilib.
 
 
Qeyd edək ki, 3,5 milyon ABŞ dollar dəyərində büdcəyə malik “Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi idarəçilik işlərində səmərəliliyin artırılması və tələbələr üçün onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. daxil olan elektron təhsil şəbəkəsinin yaradılmasını, müasir İKT avadanlıqlarının yaradılması ilə rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsini, Koreya texnologiyasının nou-hausu və inkişaf təcrübəsinin bölüşülməsi ilə Azərbaycanda insan resurslarının inkişafına töhfə verilməsi və İKT-nin gücləndirilməsinin təşviq edilməsini nəzərdə tuturdu. 
 
 
CAHANGİR
 



Baxış sayı: 869

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024