12px13px15px17px
Tarix:25/02/15

Fransız şirkəti məktəblilər üçün planşet və noutbuklar təqdim edib

Fransanın “Archos” şirkəti təhsil sahəsi üçün dörd yığcam kompüterini elan edib: 9 və 10,1 düymlü sensor ekranlı planşetlər, həmçinin 11,6 və 14 düymlük ekrana malik noutbuklar.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, təqdim edilən qurğuların hamısı 1,8 QHs takt tezlikli dördnüvəli “Intel” prosessoru ilə təchiz edilib. 14 düymlük ekranlı noutbuk 250 QB-lıq daşıyıcı və 4 QB-lıq əməli yaddaşla təchiz olunub. Bütün digər kompüterlər 64 QB-lıq fləş daşıyıcı və 2 QB-lıq əməli yaddaşla təchiz olunub.
 
Planşetlər 2 meqapiksellik matrisli arxa kamera və 0,3 meqapiksellik ön kamera ilə təchiz edilib. Tədarük dəstinə ayırılan klaviatura daxil olur. Qurğulara “Android” mobil platforması və ya “Windows 8.1 Pro” əməliyyat sistemi quraşdırılacaq.
 
11,6 düymlük noutbuka “Chrome OS” proqram platforması quraşdırılıb. Leptoplar 0,3 meqapiksellik matrisli kamera ilə təchiz olunub.
 
“Archos” şirkətinin nümayəndəsi bildirib ki, yığcam kompüterlər ən azı 8 saat avtonom iş rejimində işləyir.
 
Planşetlərin dəyəri 200-250 avro, noutbuklarda isə 250-300 avro təşkil edəcək.
 
Emil Hüseynov




Baxış sayı: 1235

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024