12px13px15px17px
Tarix:25/02/15

1980-2000-ci illərdə anadan olan insanların “rəqəmli” vərdişləri öyrənilib

“My.com” internet xidməti geniş tədqiqat apararaq 1980-2000-ci illərdə anadan olan insanların “rəqəmli” vərdişlərini öyrənib.
 
Tədqiqatın nəticələrinə görə, məhz 1980-2000-ci illərin nümayəndələri sabahın texnoloji mühitini müəyyən edəcək. Beləliklə, artıq bu gün onların əvvəlki nəsillərin nümayəndələrindən fərqi, gündə nə qədər mobil internetdən istifadə etmələrini, hansı əməliyyat sistemləri və əlavələrinə üstünlük vermələrini, hansı qurğuları daha çox sevmələrini anlamaq vacibdir.  
 
“My.com”un məlumatına görə, tədqiqatda ABŞ-dan iki - 13-24 və 25-54 yaşlı qrupa bölünən 1056 respondent iştirak edib.
 
Hesabatda qeyd olunur ki, amerikalılar ən qabaqcıl internet istifadəçilərdin biridir. Onların onlayn hərəkət tərzini müşahidə edən zaman yaxın gələcəkdə digər ölkələr üçün aktual olacaq tendensiyaları əvvəlcədən söyləmək olar, - "CNews” yazır.



Baxış sayı: 703

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024