12px13px15px17px
Tarix:26/02/15

“Google” kompüterləşmiş eynəyin ikinci nəsli üzərində işləyir

“Google Glass” kompüterləşmiş eynəyinin ikinci nəslinin sınaq tədarükünə başlanılıb. Bu cihaz eksperimental mərhələdədir və kommersiya istifadəsi üçün nəzərdə tutulmayıb.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2015-ci ilin yanvarında “Google” internet şirkəti “Glass Explorer” proqramını dayandırmağa qərar verib. 1500 dollara satılan “ağıllı” qurğu satışdan çıxarıldı. Bundan sonra yayılmış şayiələrə əsasən, şirkət sözügedən cihazın birinci versiyasını uğursuz hesab edərək yeni nəsil üzərində məşğul olmağa qərar verib.

“9to5Google” saytı yazıb ki, “Google Glass” “ağıllı” eynəyinin yeni modifikasiyası erkən hazırlanma mərhələsindədir. Cihazın ilk prototipləri “Google”un məhdud tərəfdaş dairəsinə nümayiş etdirilib.

Kompüterləşmiş eynək və şlem bazarı tədricən genişlənir. İndi sözügedən bazarda “Oculus VR” (“Oculus Rift”), “Sony” (“Project Morpheus”, “SmartEyeglass”), “Samsung” (“Gear VR”) və “Microsoft” (“HoloLens”) kimi şirkətlər mövcuddur. Şayiələrə görə, “Apple” da bu bazara daxil olacaq.


Emil Hüseynov
 



Baxış sayı: 679

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024